Xalqın məmnuniyyəti əsas meyardır

Adil müəllimin vətəndaşlarla qurulan səmimi ünsiyyəti, xüsusilə də Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hər zaman cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Hər bir sakinin müraciətinə həssaslıqla yanaşılması, dövlətçilik prinsiplərinə sadiqlik prinsipi onun iş tərzinin əsasını təşkil edir.
Digər tərəfdən, Suraxanı rayonunun ictimai fəalı olaraq qeyd etmək yerinə düşər ki, son dövrlərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri göz qabağındadır. Rayon ərazisində yeni parkların və yaşıllıq zolaqlarının salınması, yolların asfaltlanması, həmçinin yaşayış binalarının fasadlarının yenilənməsi sakinlərin gündəlik rahatlığının təmin olunmasında və bölgənin estetik simasının yaxşılaşmasında mühüm rol oynayır.
Görülən bu işlər bir daha göstərir ki, vətəndaşların rifahı və sosial layihələrin icrası hər zaman diqqət mərkəzindədir və bu istiqamətdə atılan addımlar sakinlərin məmnunluğuna xidmət edir.
Xəqani Muradov
Vətən Müharibəsi İştirakçısı, Jurnalist
