Saç ustası Türkan Hüseynova: “Ağlıma gəlməzdi ki, bu qədər peşəkar saç ustası olacağam”

Gözəllik sahəsində peşəkarlığı, məsuliyyətli yanaşması və müştərilərinə göstərdiyi xüsusi diqqətlə seçilən saç ustası Türkan Hüseynova saytımıza müsahibə verib. O, peşəyə gəliş hekayəsindən, iş prinsipindən, müştərilərin ən çox müraciət etdiyi xidmətlərdən və gələcək planlarından danışıb.

– Türkan xanım, necə oldu ki, bu peşəni seçdiniz?
– Uşaqlıqdan bu sahəyə böyük həvəsim olub. İnsanların görünüşündə müsbət dəyişiklik yaratmaq mənə hər zaman zövq verib. Bu işi gördükcə özümü xoşbəxt hiss edirəm və peşəmi böyük sevgi ilə icra edirəm.
– Neçə ildir ki, bu sahədəsiniz?
– Artıq 13 ildir ki, gözəllik sahəsində fəaliyyət göstərirəm.
– Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
– Salon xidmətlərinin demək olar ki, hamısını bacarıram. Lakin ən çox sevdiyim və yorulmadan gördüyüm iş saç qaynağı və yığım saç tətbiqidir.
– İş prinsipiniz nədən ibarətdir?
– Mənim üçün əsas prinsip gördüyüm hər bir proseduru maksimum keyfiyyətlə və mükəmməl şəkildə yerinə yetirməkdir. Müştəri məmnuniyyəti hər zaman mənim üçün ön plandadır.
– Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?
– Keyfiyyətsiz məhsullarla işləməyə qəti şəkildə “yox” deyirəm. Çünki müştərinin saç sağlamlığı mənim üçün hər şeydən önəmlidir.
– Son zamanlar sizə daha çox hansı xidmətlə bağlı müraciətlər olur?
– Ən çox saç qaynağı və yanmış, zədələnmiş saçların bərpası ilə bağlı müraciətlər alıram.
– Uğurunuzun sirri və sizi digərlərindən fərqləndirən cəhət nədir?
– Səbirli, səliqəli və işimə məsuliyyətlə yanaşmağımın məni fərqləndirdiyini düşünürəm.
– Xarakter olaraq özünüzü necə təsvir edərdiniz?
– Səbirli, mülayim və insanlarla xoş ünsiyyət qurmağı sevən biriyəm.
– Ailəlisinizmi?
– Xeyr, subayam.
– Oxucularımıza nə tövsiyə edərdiniz?
– Saçlarımız bizə verilən ən gözəl nemətlərdən biridir. Ona görə də saçlarınızın qədrini bilin, vaxtında və düzgün qulluq edin ki, sağlamlığını uzun illər qorusun.
– “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…” Bu fikri necə tamamlayardınız?
– Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, bir gün bu qədər peşəkar saç ustası olacağam və gördüyüm işlə insanların sevincinə səbəb olacağam.
Əlaqə nömrəsi: (+99455) 602 25 94


