Gözə göz, dişə diş
REKLAM728×90

Talion prinsipi qədim hüququn ən məşhur qaydalarından biridir: vurulan zərərə uyğun cavab.
Bu prinsip yalnız qisas demək deyildi. Əksinə, qisasın həddini müəyyən edirdi: sənə bir diş zərər vurulubsa, bunun əvəzində bir insanı öldürmək olmaz.
Zaman keçdikcə hüquq dəyişdi.
Bu gün dövlət qisas almır, ədaləti təmin edir. Kimsə sənə zərər vurursa, cavabı sən yox, qanun verir.
Amma talionun bir ideyası müasir hüquqda hələ də yaşayır:
cəza və məsuliyyət törədilən əmələ mütənasib olmalıdır.
Qısası:
Qisas deyir: “Sən də əziyyət çək.”
Hüquq deyir: “Etdiyinin hüquqi nəticəsini daşı.”
Zaur Quliyev
Hüquqşünas – Mediator
REKLAM728×90
