Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Vətən Uğrunda Müzəffər İradə, Unudulmaz Şəhidlik və Əbədi Ehtiram

26 Sentyabr 2026, 22:12 Cəmiyyət
728×90

27 Sentyabr – Azərbaycan xalqının müasir dövlətçilik salnaməsində xüsusi yeri olan, milli qürurun, sarsılmaz iradənin və Zəfərə gedən şanlı yolun başlangıcıdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlanılmış 44 günlük Vətən müharibəsi otuz illik torpaq həsrətinə son qoydu, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Dövlət başçısının Sərəncamı ilə 27 Sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dövlətimiz və millətimiz tərəfindən göstərilən ali ehtiramın parlaq sübutudur.

Vətən müharibəsi dövründə cəbhəyə yaxın yerləşən Beyləqan rayonu və onun mərd sakinləri həm arxa cəbhədə sarsılmaz əzm göstərmiş, həm də ön cəbhədə döyüşən ordumuzun yanında yekdil qüvvə kimi dayanmışdır. Döyüşlərin ilk günlərindən beyləqanlı gənclər böyük vətənpərvərlik hissi ilə cəbhəyə yollanmış, misilsiz şücaət və fədakarlıq nümayiş etdirmişlər. Bu şanlı Qələbə yolunda canlarını fəda edən şəhidlərimiz həm Beyləqanın, həm də bütün Azərbaycanın əbədi fəxr mənbəyidir.

Bu gün ölkəmizin hər bir guşəsində olduğu kimi, Beyləqan rayonunda da şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərilməsi dövlət siyasətimizin ana xəttini təşkil edir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki həssas və humanist yanaşması hər birimiz üçün fəaliyyət proqramıdır. Şəhidlərimizin bizə əmanət etdiyi ailələrin yanında olmaq, onların qayğıları ilə maraqlanmaq bizim ən müqəddəs vəzifə borcumuzdur.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramı ilə daha da möhkəmlənir. Şəhidlərimizin qanı və canı bahasına azad edilmiş torpaqlarımızda bu gün yenidən həyat bərpa olunur, şəhər və kəndlərimiz abadlaşır.

27 Sentyabr Anım Günündə Vətənin azadlığı, torpaqlarımızın toxunulmazlığı və suverenliyimiz uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyir, onların əziz xatirəsini minnətdarlıqla yad edirik. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün vətənpərvərlik, cəsarət və dövlətə sədaqət məktəbi kimi hər zaman yaşayacaqdır.

Ruhları şad olsun!

 

Əziz Əzizov

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı

 

Əziz Əzizov

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı

728×90
Paylaş: