Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sumqayıtda qanunsuzluq çətir kimi genişlənir – VİDEO

23 Sentyabr 2026, 09:41 Cəmiyyət
728×90

Sumqayıtın gah altından, gah üstündən “çörək qazananlar” və seyrçi qalan qurumlar

​Ötən ayın 25-də Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsində yerləşən çoxmənzilli yaşayış binasının fasadının dağıdılması və birinici mərtəbəsində qanunsuz tikinti işlərinin aparılması ilə bağlı məlumat yayımlamışdıq. Həmin vaxt məsələyə yerli rəhbərliyin reaksiyası şərh bölməsində “şikayət qeydə alınıb, aidiyyəti üzrə yönləndirilib” kimi ötürmə və formal bir cavabla məhdudlaşmışdı.

Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?

​İndi Sumqayıt Şəhər İcra Hakimiyyətinin “aidiyyəti üzrə” deyərkən konkret kimləri nəzərdə tutduğunu bilmirik, amma eyni küçədə lentə alınan və sosial şəbəkələrdə yayımlanan son görüntülər acı həqiqəti çılpaqlığı ilə ortaya qoyur. Qanunsuz tikinti işləri nəinki aradan qaldırılmayıb, əksinə, mənzərə daha da acınacaqlı hal alaraq genişləndirilib.

​Yeri gəlmişkən, videolarda da gördüyünüz kimi, gah binaların üstündən, gah da altından “çörək qazanan” Sumqayıtın tez-tez məsuliyyəti digər aidiyyəti qurumların üzərinə yönləndirməsi də, sən demə, səbəbsiz deyilmiş.

​Kadrlar aydın şəkildə göstərir ki, bir binanın alt hissəsində fasad sökülərək beton dirəklər quraşdırılır, digərinin damında isə metal karkaslarla nəhəng əlavə konstruksiyaların inşası davam etdirilir.

Sumqayıtda damın üstündə tikinti: İcra Hakimiyyətindən növbəti şablon cavab

Belə çıxır ki, doğrudan da bu tikintilər aidiyyəti qurumların (sual doğuran) icazəsi əsasında həyata keçirilir. Əks halda aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi məsələyə dərhal müdaxilə edər, yüzlərlə sakinin həyatını riskə atan bu “yenidənqurma” işlərinin qarşısını alardılar.

​Bina sakinlərinin başı üzərində və özülündə təhlükə saçan bu özbaşınalığa göz yumulması hansı norma və qaydalara sığır?

Məsuliyyəti bir-birinin üzərinə atan aidiyyəti qurumlar bu qanunsuzluğu dayandırmaq üçün mütləq bir faciənin baş verməsinimi gözləyirlər?

728×90
Paylaş: