Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”MB FİNANCE” MMC-nin təsisçisi Günay Nağdalıyeva: “Uğurlu biznesin təməli düzgün qurulmuş uçotdan başlayır”

08 Oktyabr 2026, 23:37 Müsahibə
728×90

Faktum.az xəbər verir ki, müasir biznes dünyasında şirkətlərin davamlı inkişafı və maliyyə təhlükəsizliyi birbaşa peşəkar mühasibat sistemindən asılıdır. Düzgün idarə olunan uçot təkcə vergi risklərinin qarşısını almir, həm də sahibkarlara strateji qərarlar qəbul etməkdə yardımçı olur. Bu sahənin incəlikləri, biznesdə düzgün maliyyə idarəçiliyi və uğura aparan yol haqqında “MB Finans” MMC-nin təsisçisi, 10 illik təcrübəyə malik maliyyə və vergi mütəxəssisi Günay Nağdalıyeva ilə həmsöhbət olduq.

— Günay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

— Maliyyə və mühasibat sahəsini seçməyim bu sahəyə olan marağım və rəqəmlərlə işləməyə olan həvəsimlə bağlıdır. İşlədikcə bu peşənin nə qədər məsuliyyətli və vacib olduğunu daha yaxşı anladım. İllər ərzində həm praktiki təcrübə qazandım, həm də daim öz üzərimdə işləyərək peşəkar olaraq inkişaf etdim. Bu gün isə qazandığım təcrübəni öz işimdə tətbiq edir və sahibkarlara maliyyə və mühasibat sahəsində düzgün qərarlar vermələri üçün dəstək olmağa çalışıram.

— Neçə ildir ki, bu sahədəsiniz?

— Artıq 10 yıldır ki, maliyyə və mühasibat sahəsində fəaliyyət göstərirəm. Bu illər ərzində müxtəlif şirkətlərdə çalışaraq həm mühasibatlıq, həm vergi, həm də maliyyə istiqamətində geniş praktiki təcrübə toplamışam.

— Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

— Mühasibat uçotunun aparılması, vergi və DSMF hesabatlarının hazırlanması, kadr uçotu, maliyyə hesabatlarının hazırlanması, vergi və maliyyə konsultasiyası, MMC və fərdi sahibkarların qeydiyyatı, tender proseslərində dəstək və digər mühasibat xidmətlərini həyata keçirirəm.

— İş prinsipiniz nədən ibarətdir?

— Mənim üçün əsas prinsip düzgünlük, şəffaflıq və məsuliyyətdir. Rəqəmlərdə ən kiçik detal belə əhəmiyyətlidir. Müştəriyə sadəcə hesabat hazırlamaq deyil, onun işini düzgün qurmaq və mümkün riskləri əvvəlcədən görmək vacibdir.

— Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?

— Qanunvericiliyə zidd olan, sonradan şirkət üçün risk yarada biləcək işlərə “yox” deyirəm. Qısa müddətli fayda naminə uzunmüddətli risk yaratmağın tərəfdarı deyiləm. Mənim üçün düzgünlük və peşəkar məsuliyyət hər şeydən önəmlidir.

— Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

— Son zamanlar əsasən şirkətlərin vergi və mühasibat uçotunun qurulması, hesabatların düzgün təqdim edilməsi, vergi öhdəlikləri, kadr uçotu və sahibkarların fəaliyyətlərini daha sistemli şəkildə qurması ilə bağlı müraciətlər çoxalıb. Xüsusilə yeni fəaliyyətə başlayan sahibkarlar düzgün uçot sisteminin qurulmasına ehtiyac duyurlar.

— Üstünlüyünüz və fərqiniz nədədir?

— Düşünürəm ki, əsas fərqim yalnız mühasib kimi deyil, sahibkarın işinə bütöv şəkildə yanaşmağımdır. Mənim üçün məqsəd sadəcə hesabat təqdim etmək deyil. Müştərinin fəaliyyətini anlamaq, riskləri görmək və ona düzgün maliyyə-vergi həlli təqdim etməkdir.

— Xarakter olaraq necə birisiniz?

— Məsuliyyətli, detallara diqqət edən və işimdə prinsipial biriyəm. Eyni zamanda yeniliklərə açıq olmağa və daim öyrənməyə çalışıram. Qarşıma məqsəd qoyduqda onun üzərində sona qədər işləməyi sevirəm.

— Oxuculara nə məsləhət görürsünüz?

— Sahibkarlara məsləhətim odur ki, mühasibat və vergi məsələlərini biznesin son mərhələsi kimi deyil, fəaliyyətin əsas hissələrindən biri kimi qəbul etsinlər. Uçotu əvvəlcədən düzgün qurmaq sonradan yaranacaq bir çox problemin qarşısını alır. Həmçinin hər bir mütəxəssisə daim öyrənməyi və öz üzərində işləməyi tövsiyə edirəm.

— “Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki…” Bu fikri özünüz tamamlayın.

— Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki, bir gün öz şirkətimi quracağam, müştərilərim olacaq və illər ərzində topladığım təcrübəni artıq öz biznesimi inkişaf etdirmək üçün istifadə edəcəyəm. Ən gözəl tərəfi isə odur ki, bu yol hələ yeni başlayır.

Günay Nağdalıyeva ilə aparılan bu samimi söhbət bir daha sübut edir ki, hər bir uğurlu biznesin arxasında peşəkar yanaşma, dərin məsuliyyət və işinə həsr olunmuş mütəxəssis əməyi dayanır. “MB Finans” MMC təqdim etdiyi genişspektrli maliyyə və mühasibat xidmətləri ilə sahibkarların ən etibarlı tərəfdaşı olmağa davam edir.

Əlaqə nömrəsi: +994 77 303 23 29

728×90
Paylaş: