”Onu tapıb öldürün”

Bu kəlmə, İsrailin baş naziri Qolda Merinin ağzından çıxdı. O, yəni öldürülməsi tələb olunan, kim idi?
Fələstin “Qızıl Prins” ləgəbli, dövlət təhlükəsizlik xidmətinin, yəni Əl Fətihin önəmli şəxslərindən Əli Həsən Səlami idi. Atası Həsən Səlami hərbiçi və Yasir Ərəfatın silahdaşlarındandı. Selami, MOSAD-ın Fələstin dövlət, hərbi, təhlükəsizlik orqanlarına sızmış casuslarını ifşa edirdi.
İsrailin məşhur casusu Əminə əl Müfti onun sayəsində ifşa olundu. 1972-ci il Olimpiadasına silahlı basqının təşkil edilməsində, İsrail birbaşa onu işarə etdi. Adı “qara sentyabr” hadisələrində hallandı.
MOSAD-ın qara siyahısında adı başda yazılan Həsən əl Səlami ortadan götürülməli idi. 1973-cü ildə Norveçdə silahlı basqının zamanı Səlamını öldürdüyünü zənn etdi. Lakin, öldürülən İranlı ofisiant Əhməd Buşiki idi. MOSAD bacarıqsızlığı səbəbilə, böyuk bir qalma-qalın içinə düşdü.
Bir çox casus ifşa olundu. Əməliyat faş oldu. Bir neçə dövlət hadisələrdə MOSAD-ı hədəf aldı. Diğər bir tərəfdən isə, Səlaminin, SİA ilə əlaqələrinin yaranması,Təl-Əvivi ciddi narahat edirdi. Vaşinqtonun mövqeyinin Fələstinə qarşı müsbət istiqamətdə dəyişməsinə yol vermək olmazdı.
Həsən əl Səlami, sərvəti, natiqliyi, xarici görünüşü ilə, Vaşinqton hökumətinin rəğbətini qazana və hadisələri dəyişdirə bilərdi. Onun, pərdə arxası fəaliyyəti, hadisələri idarə etmə və nəzarətdə saxlaması bacarığı “Qızıl Prins” adını qazandırmısdı MOSAD, illərcə arxasından qaçdığı “Qızıl Prensi” yox etmək üçün heç bir fürsəti əldən buraxmırdı. Nəhayət, 22 dekabr 1979-cu ildə Beyrutda, avtomobilinə bomba qoymaqla, Səlami öldürdü.
Düzünü söyləmək gerekirse, Fələstin dövlətinin Ermənistanı dəstəkləməsi, Yasir Ərəfatın:- “Onlar da bizim kimi zülmə məruz qalmış xalqır” kimi ifadəsi, Fələstini dost olaraq qəbul etməyimiz üçün böyük maniyədir. Lakin öz torpaqlarını müdafiə etməsi üçün Səlaminin göstərdiyi xidmətlər diqqətə layiqdir.

Tərifə Şükürqızı
