Zamanında yəhudiləri ölkəsindən qovan Avropanın bu günkü yəhudi sevgisi

1492-ci ildə İspaniya ölkəsində olan bütün yəhudiləri qovdu.
Onların gedəcək bir yerləri yox idi.
İngiltərə İspaniyadan 200 il öncə ölkəsindən çıxarıb, 300 girişinə izin vermədi. Fransa isə, 100 öncə yəhudiləri sərhədlərindən uzaqlaşdırdı.
Almaniyanın qapıları üzlərinə bağlanmışdı.
İtaliyaya gəlincə, onlar da digərlərindən geri qalmadı.
İspaniya kralı və kraliçası 31 mart 1492-ci ildə çıxardığı Fərmanda yəhudilər qarşısında şərt qoydu.
4 ay ərzində ya xristianlığı qəbul etməli, ya da ölkəni tərk etməli idilər.
200. 000 yəhudi şərti qəbul edib, xristian oldu. 40.000-lə 100.000 arasında yəhudi isə dinindən dönməyib ölkəni tərk edib,Polşaya sığındılar.
5 il sonra kral Manuel yəhudilərin məcburi xaç suyuna salınması tələbini qoyunca, Polşanın qapıları üzlərinə bağlandı.
Gedəcək yerləri qalmayan yəhudiləri, 1453-cü ildə, yəni Osmanlının Konistantinapolu aldığı ildə Ədirnənin haham başı Avropada olan yəhudilərə məktub yazıb, Osmanlıya dəvət edirdi.
Müsəlman Osmanlısı heç bir dini ayrılıq salmadan, yəhudiləri Səlanikə yerləşdirdi.
1519-cu ildə Türkiyədə aparılan statistikada Səlanik əhalisinin 54 faizi yəhudilər idi.
Avropa, xüsusiylə İspaniya yəhudiləri qovan Fərmanını 1968-ci ilin 16 dekabr tarixində qüvvədən saldı.
Tarixdə Avropanın yəhudi toplumuna göstərdiyi münasibət, tarixin daş səhifələrində yazılı durur.
Türklərin isə hər yerdən əli üzülən yəhudilərə sahib çıxması, hər bir şəkildə ört-basdır edilməyə çalışılır.
Bu gün Avropa birliyi yəhudiləri dəstəkləyib, yuxarı başa çəkir.
Ortada olan mənzərəni seyr etdikcə, bir sual ağlımızı məsqul edir.
Görəsən Avropanın sonradan yəhudilərə yaranan sevgisinin arxasında nə dayanır?
Yəhudi toplumuna isə onu söyləmək istəyirik ki, tarix təkrarlanır. Dostunuzun, düşməniniz yaxşı tanıyıb, müsəlmanı xor girməyin.

Tərifə Şükürqızı
