Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Nazir kombaynla pambıq yığdı – VİDEO

02 Oktyabr 2026, 13:22 Cəmiyyət
728×90

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunun Fətəlikənd kəndində pambıq yığım prosesində iştirak edib.

Faktum.az xəbər verir ki, nazir kombaynın sükanı arxasına keçərək pambıq yığıb, sahədə çalışan mexanizatorla Yasin Zəhəddinovla söhbət edib. Nazir Məcnun Məmmədov mexanizatorun fəaliyyəti və pambıq yığımının gedişi ilə maraqlanıb.

10 ildir kombayn idarə edən Yasin Zəhəddinov iş təcrübəsi barədə nazirə məlumat verib və müasir kənd təsərrüfatı texnikalarının pambıq yığımında yaratdığı imkanlardan danışıb.

Sahələrdə pambıq yığımı müasir texnika və mexanizasiya imkanlarından istifadə edilməklə davam etdirilir.

728×90
Paylaş: