Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var

07 Oktyabr 2026, 21:32 Hadisə
728×90

Lerik rayonunda gün ərzində iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Faktum.az   xəbər verir ki, qəzalardan biri rayonun Blaband kəndində baş verib. Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121” markalı avtomobil hərəkətdə olarkən “UAZ” markalı nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində “Niva” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona kəllə-beyin travması diaqnozu qoyulub və müalicəsi davam etdirilir.

Digər qəza Lənkəran–Lerik magistral yolunun 39-cu kilometrliyində baş verib. Lerik rayonunun Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı sürücü və onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisələrlə bağlı araşdırma aparılır.

728×90
Paylaş: