Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

07 Oktyabr 2026, 21:27 Cəmiyyət
728×90

Bakının Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən   verilən məlumata görə, oktyabrın 8-i saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsi təmir ediləcək.

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

728×90
Paylaş: