Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Demokratiyaya ağır zərbə: 1980-ci il 12 Sentyabr Türkiyə hərbi çevrilişi

12 Sentyabr 2026, 08:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, 1980-ci il sentyabrın 12-də Türkiyədə Ordu Baş Qərargah rəisi general Kənan Evrənin rəhbərliyi ilə Silahlı Qüvvələr hakimiyyəti tamamilə ələ keçirərək ölkə tarixinin ən qanlı və ağır hərbi çevrilişini həyata keçirdi.

Siyasi sabitliyin pozulması, küçə toqquşmaları və iqtisadi böhran bəhanəsi ilə reallaşdırılan bu müdaxilə nəticəsində konstitusiya ləğv edildi, parlament buraxıldı və bütün siyasi partiyaların fəaliyyəti qadağan olundu. Çevrilişdən sonra yüz minlərlə insan həbs olundu, minlərlə şəxs işgəncələrə məruz qaldı, onlarca insan edam edildi və ölkə illərlə sürmüş ağır hərbi rejim cənginə sürükləndi.

12 Sentyabr çevrilişi Türkiyənin siyasi, sosial və hüquqi sistemində dərin və sağalmaz yaralar buraxaraq demokratik inkişaf prosesini uzun müddətə dondurdu.

728×90
Paylaş: