Zamin durmusan, borclu krediti ödəmir?

Bir çox insan yaxın qohumuna və ya tanışına kömək etmək üçün kredit müqaviləsinə zamin kimi imza atır. Əsas borclu krediti ödəmədikdə isə bank müəyyən hallarda tələbi zaminə də yönəldə bilər.
Bu zaman borcun zaminin əməkhaqqından, bank hesabından və ya digər əmlakından tutulması mümkündür.
Amma vacib məqam budur:
Borclunun əvəzinə ödədiyiniz pul sizin üzərinizdə qalmaya bilər.
Əgər əsas borclunun kredit borcuna görə sizdən pul tutulubsa və ya həmin borcu özünüz ödəmisinizsə, ödədiyiniz məbləğin əsas borcludan geri alınmasını tələb etmək hüququnuz yarana bilər.
Borclu həmin məbləği könüllü qaytarmırsa, sizdən tutulmuş pulun məhkəmə qaydasında geri tələb edilməsi mümkündür.
Belə işlərdə aşağıdakı sənədlər mühüm əhəmiyyət daşıyır:
kredit müqaviləsi;
zaminlik müqaviləsi;
məhkəmə və icra sənədləri;
hesabdan və ya əməkhaqqından tutulmanı təsdiq edən sənədlər;
etdiyiniz ödənişlərin qəbzləri;
borclu ilə yazışmalar.Yəni zamin kimi borcu ödəməyiniz məsələnin bitməsi demək deyil. Əsas borcluya qarşı ayrıca tələb hüququnuz yarana bilər.
Əgər siz də kiminsə kreditinə zamin durmusunuz və borc sizdən tutulubsa, sənədlərinizi göndərin. Sizdən tutulan məbləğin geri tələb edilməsi üçün mümkün hüquqi yolu qiymətləndirək.

Hüquqşünas | Mediator
Zaur Quliyev
WhatsApp: 099 711 95 99
