Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Süni intellekt gəlirləri vətəndaşlara paylanacaq

21 Avqust 2026, 09:30 Dünya
728×90

Tayvan hökuməti 2027-ci ildən etibarən süni intellekt texnologiyalarından əldə edilən dividendlər hesabına hər bir vətəndaşına 10 min Tayvan dolları (təxminən 534 AZN) ödəniləcəyini açıqlayıb.
Bu qərar rəsmi olaraq Tayvan Prezidenti Lay Çing-te tərəfindən elan edilib.

Qlobal süni intellekt və yarımkeçirici sektorundakı kəskin artım sayəsində Tayvan iqtisadiyyatı son 39 ilin en yüksək artım tempini göstərib. Hökumət texnologiya bumu sayəsində əldə olunan gəliri və ya “Sİ dividendini” texnologiya sektorunda çalışmayan sıravi vətəndaşlarla da bölüşməyi hədəfləyir.

Layihə üçün ümumilikdə 235,7 milyard Tayvan dolları (təxminən 7,4 milyard dollar) büdcə ayrılıb.
Büdcə parlamentdən (Qanunverici Yuan) keçdikdən sonra ödənişlərin 2027-ci ilin fevralında, Ay təqvimi ilə Yeni İl bayramından əvvəl paylanması nəzərdə tutulur.


Şəhla İlkay

728×90
Paylaş: