Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza, o cümlədən qədim Qubadlı rayonuna həyata keçirdiyi səfərlər müasir Azərbaycan tarixinin ən qürurlu, əlamətdar və strateji əhəmiyyətli səhifələrindən birini təşkil edir. Uzun illər düşmən tapdağı altında qalmış, viran qoyulmuş yurd yerlərimizin yenidən dirçəldilməsi, Böyük Qayıdış prosesinin addım-addım reallaşdırılması məhz dövlət başçısının birbaşa rəhbərliyi, iradəsi və diqqəti mərkəzində həyata keçirilir. Qubadlıya səfərlər isə bu zəfər epopeyasının və azadlıq sevincinin praktiki təzahürüdür.Xatırlatmaq yerinə düşər ki, 2020-ci ilin 25 oktyabrında Azərbaycan Ordusunun şücaəti ilə işğaldan azad edilən Qubadlı rayonu erməni vandallığı nəticəsində əsl xarabalığa çevrilmişdi. Şəhərin və kəndlərin infrastrukturu, tarixi-mədəni abidələr, yaşayış evləri tamamilə dağıdılmış, təbiətə ciddi ziyan vurulmuşdu. Buna baxmayaraq, ərazi azad olunar-olunmaz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dərhal genişmiqyaslı bərpa və yenidənqurma strategiyası hazırlqandı.Dövlət başçısının azad olunmuş Qubadlıya səfərləri zamanı nümayiş etdirdiyi qətiyyət, tarixi ədalətin bərqərar olunmasının simvolu idi. Prezident İlham Əliyev Qubadlı rayonunda Azərbaycanın üçrəngli Bayrağını ucaldarkən, sərhəd-keçid məntəqələrinin yaradılması, hərbi hissələrin açılışında iştirak edərkən həm də xalqımıza gələcək inkişafın mesajını verirdi. Bu səfərlər zamanı dövlət başçısı dağıdılmış binalara, məhv edilmiş mədəni irsə baxaraq düşmənin törətdiyi vandalizm aktlarını bütün dünyaya bir daha nümayiş etdirmiş, hər qarış torpağın təkrar dirçəldiləcəyini qətiyyətlə bəyan etmişdir.Prezident İlham Əliyevin Qubadlı rayonuna səfərləri yalnız rəmzi xarakter daşımır; bu səfərlər regionun gələcək iqtisadi, hərbi və sosial həyatını müəyyən edən genişmiqyaslı layihələrin başlanğıc nöqtəsidir. Səfərlər çərçivəsində dövlət başçısının iştirakı ilə mühüm infrastruktur obyektlərinin, o cümlədən yeni yolların, körpülərin, elektrik yarımstansiyalarının, su təchizatı sistemlərinin təməli qoyulmuş və bir çoxu istifadəyə verilmişdir.Xüsusilə Zəngəzur dəhlizinin və regionun digər nəqliyyat qovşaqlarının formalaşmasında Qubadlının mövqeyi nəzərə alınaraq, çəkilən avtomobil yolları və tunellər bölgənin iqtisadi potensialını dirçəldir. Prezident İlham Əliyev səfərləri zamanı həmçinin Qubadlı Rayon Mərkəzi Xəstəxanasının, yaşayış komplekslərinin, məktəb binalarının və digər sosial obyektlərin tikintisi ilə şəxsən tanış olur, işlərin keyfiyyətinə nəzarət edir. Bu yanaşma dövlət başçısının azad torpaqlarda həyatın ən qısa müddətdə bərpa olunmasına verdiyi ali önəmin göstəricisidir.
Qubadlı rayonu Ermənistanla həmsərhəd olduğuna görə həm də ölkəmizin təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət daşıyır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya səfərləri zamanı Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələrinin, sərhəd-mühafizə məntəqələrinin açılışında iştirak etməsi dövlətimizin sərhədlərimizin toxunulmazlığını təmin etmək əzmini nümayiş etdirir. Səfərlər zamanı hərbi qulluqçularla görüşən, onların xidməti şəraiti ilə maraqlanan Prezident hər zaman ordumuzun arxasında durduğunu və Azərbaycan sərhədlərinin etibarlı əllərdə olduğunu ən yüksək səviyyədə bəyan etmişdir. Prezident İlham Əliyevin Qubadlıya səfərlərinin ən emotional və ruhlandırıcı məqamları şübhəsiz ki, həmin torpaqlarda həyata keçirilən Böyük Qayıdış prosesidir. Dövlət başçısının iştirakı ilə Qubadlı şəhərində və kəndlərində ilk köçürülən sakinlərlə görüşlər, yeni tikilmiş evlərin açılış mərasimləri uzun illər yurd həsrəti ilə yaşayan soydaşlarımızın göz yaşları və sevincinə şahidlik edir. Cənab Prezidentin səfərləri zamanı vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən müasir, ekoloji cəhətdən təmiz (“yaşıl enerji” zonası) və rahat yaşayış məkanına çevriləcəkdir. Qubadlıda da bu istiqamətdə görülən işlər – ağıllı kənd və şəhər konsepsiyalarının tətbiqi, kənd təsərrüfatının, xüsusilə heyvandarlıq və əkinçiliyin yenidən canlandırılması bölgəyə qayıdan sakinlər üçün geniş məşğulluq imkanları yaradır.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini
