Şərqdən gələn hind nağılı: Əfsanəvi Elmira Rəhimovanın həyatı və unudulmaz irsi

Faktum.az xəbər verir ki, 13 avqust 1941-ci ildə Bakıda anadan olan Azərbaycanın Xalq artisti Elmira Rəhimova milli musiqi və estrada tariximizin ən parlaq, özünəməxsus səslərindən biridir.
Onun yaradıcılığının ən diqqətçəkən səhifələrindən biri 1950-ci illərin sonlarında Hindistanın Baş naziri Cavaharlal Nehru ilə görüşü və onun dəvəti ilə bu ölkəyə səfər etməsidir. 2 ildən çox Hindistanda yaşayıb hind xalq rəqslərini və musiqisini dərindən öyrənən sənətkar, oradan qayıtdıqdan sonra hind mahnılarının Azərbaycandakı ilk və ən mahir ifaçısına çevrilmişdir.
O, eyni zamanda Azərbaycan bəstəkarlarının bir çox unudulmaz əsərlərini məharətlə ifa edərək milli estradamıza böyük töhfələr verib. Mədəniyyət sahəsindəki xidmətlərinə görə 2000-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.
