Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Hindistan və Pakistan arasında gərginlik

16 Sentyabr 2026, 14:32 Dünya
728×90

Hindistan və Pakistan hərbi gəmiləri arasında beynəlxalq sularda baş verən toqquşmadan sonra Pakistanın Yeni Dehlidəki müvəqqəti işlər vəkili Hindistana çağırılıb.

Faktum.az xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi Pakistan gəmisinin hərəkətlərinin “qəbuledilməz və qeyri-peşəkar” olduğunu bildirib və rəsmi etirazını bildirib.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, toqquşma beynəlxalq sularda baş verib və ciddi ziyana səbəb olmayıb. Lakin Hindistan tərəfi iddia edir ki, Pakistan dəniz bölməsinin hərəkətləri iki ölkə arasında 1991-ci ilin aprelində bağlanmış hərbi təlimlər, manevrlər və qoşun hərəkətləri barədə əvvəlcədən məlumat mübadiləsi haqqında müqavilənin 10-cu maddəsini pozub.

728×90
Paylaş: