Onlar fərqli insanlardır

Malaziya, Filippin, İndoneziya ərazilərində yasayan Bajau qəbiləsi, özlərində, insanın fiziki imkanlarının xaricində olan qabiliyyətlər formalaşdırmağı bacarıblar. Hətta, onlara “dəniz qaraçıları” ləqəbi belə verilib. Bunun səbəbi nəsillər boyu dəniz sahillərində yasayan Bajau qəbiləsinin körpə yaşlarından dənizlə bağlı olmasıdır.
Dolanışıqları birbaşa dənizlə bağlı olan bajaular dəniz üzərində gəmilər, qayıqlar düzəldir, dəniz kənarında taxta daxmalarda yaşayırlar. Dənizlə olan dərin bağlılıqları onlarda qeyri-adi üzgüçülük vərdişləri formalaşdırıb.
Bir bajau heç bir dalğıc kostyumu, oksigen balonu olmadan, 70 metr dənizin dərinliyinə dalıb, 13 dəqiqə su altında qala bilir.
Bajauların həyat tərzi elm dünyasında maraq doğurduğu üçün, araşdırmalar aparılıb. Məlum olub ki, bir bajaunun dalağı, adi insanın dalağından 50 % böyükdür. Bu, qanı daha çox oksigenlə təmin etmək üçün formalaşmış genetik mirasdır.
Qeyd edək ki, mükəmməl miras olduğunu söyləmək yerinə düşər.

Tərifə Şükürqızı
