Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sərvəti hesabsız, həyatı səfalət

02 Oktyabr 2026, 10:00 Dünya
728×90

Atasından və xalasından qalan böyük bir mirasa sahib  Henriette Houlend Gary  Green (1834-1916)adını tarixə ən varlı və ən xəsis qadın olaraq yazdırmağı bacardı.

Atasının balına ovu və gəmi ticarətindən gələn gəlirləri ilə hələ uşaq yaşında tanış olmuşdu. 14 yaşında, atasının maliyə işlərini sərbəst şəkildə idarə edə bilirdi. Atası olduğu zaman  miras aldığı 7,5 milyon sərvəti  1916-ci ildə – dünyasını dəyişən zaman  100 ilə 200 milyon dollar qədərində yüksəldə bilmişdi.

Banklara borc verən böyük investisiyaya sahib Geti pula olan dözülməz xəsusliyi səbəbilən 21 yaşında oğlunun ayağının amputasiya olunmasına yol açdı. Oğlu, Edvard “Ned” Hovland Robinson Green 14 yaşındaykən  xizək sürdüyü vaxt yıxılıb dizi çıxır və açıq yara əmələ gəlir.

Gary  oğlunu xəstəxanaya apardıqda özünü kasıb qadın olaraq göstərməyə çalışır. Garyni  tanıyan həkim ondan ödəniş tələb edincə  bir daha o xəstəxanaya getmir. Kasıblar üçün olan məhdud şəraitli xəstəxanalara gedir, evində öz səyləri ilə Nedin ağrılarını azaltmağa çalışır.  Ned  belə bir sağlıq problemi ilə  21 yaşında atasının yanına gedir.
(Haşiyə: ərinin maliyə imkanları zəiflədiyi üçün Geti ondan ayrılır).

Atasının yanında olduğu müddətdə Ned yıxılır və vəziyyəti kəskinləşir. Həkimlər  gəncin ayağında qanqreniya olduğunu bildirərək dizdən yuxarı ayağı amputasiya edirlər. Nedin anasının o qədər sərvəti olduğu halda oğlunun xəstəxana xərcini çəkməkdən imtina edir. Atası əlində az miqdarda qalan qiymətli kağızlarını satıb, oğlunun həyatını xilas edir.

Gary   o qədər xəsis idi ki, su istifadə olunmasın deyə çimməz, qaz istifadə olunmasın deyə, yeməyini soyuq şəkildə yeyər, mağazadan vaxtı bitmiş ərzaqlar alardı. Saysız hesabsız əmlakları olduğu halda, özü ucuz kirayə evlərdə yaşayardı. Alt geyimlərini ucuz parçalardan özü tikirdi. Qarderobunda bir və ya iki geyimi var idi. Belə hərəkətləri səbəbiylə ona  Uold-strid ifritəsi deyilirdi.

Gary   Greenin  ölümünə səbəb olan, maliyə məsələlərini müzakirə edərkən, yaranan mübahisə nəticəsində ürək tutması göstərilir.

“Qəhrəmanımızın” həyat hekayəsi ilə tanış olarkən bir daha əmin olursan ki, pul insana çox şeyləri verə bilər. Amma ən vacib olan sağlığı, ailə xoşbəxtliyini vermir.
Gary nin pulu isə ona sonsuza qədər heyvanı yaşam, nifrət və pis ad qazandırdı.


Tərifə Şükürqızı

728×90
Paylaş: