İçi boş İngilis dəbdəbəsi

XVII əsr kübar İngiltərə cəmiyyəti qeyri-adi dəbdəbə sərgiləmək üçün müxtəlif vasitələrə əl atırdı. Mülkədarlar sahib olduqları bağçalarını evləri kimi sirli göstərməyə çalışırdılar.
Bağçalarına “sirli” atmosferə qatmaq xatirinə bağçanın dərinliklərində ağac köklərindən, qaş-qaya parçalarından, yosunlardan süni daxma yaradırdılar. Həmin daxmalarda yaşamaq üçün insanları işə alır və onlarla ağır şərtlər altında müqavilə imzalayırdılar.
Belə işçilər “bağça zahidi” adlanırdı. Onlarla bağlanan uzun müddətli müqavilə şərtlərində Dürid kahinlərin (Yapon fəlsəfəsində ağaclarla bağlılıq) geyindikləri kobud xalat geyinməli, qırnaqları kəsilməməli, saç-saqqal təraş olunmamalı, ayaqqabı geyinməli, kimsə ilə danışmamalı, ərazini tərk etməməli idilər. Görünüşləri ilə tərki dünya (dərviş) müdrik obraz düşüncəsi formalaşdırmalı idilər.
Müqavilə şərtlərinə görə belə bir izolyasiya həyat bəzən 7 il davam edə bilirdi. Hətta, bağça bəzəkləri olan bu insanlara yemək gətirən nömrələrlə danışmağa icazə verilmirdi. Masada kitabı və eynəyin olması vacib idi.
Bağça müzəvisi tapa bilməyən bağ sahibi masaya açıq şəkildə kitab, üzərinə eynək qoyurdu. Bununla da sanki, “müdrik” harasa çıxmış və qayıdacaq görüntüsü yaratmaq istəyirdilər. Qonaqlar bağçanı gəzən zaman bağ sahibi qonaqlarını bağçanın dərinliyinə endirir, sanki təsadüfi qarşılaşma ilə canlı bağça bəzəyini nümayiş etdirirdi.
Qonaqlarsa öz növbələrində dövrün modası olan “kübar hüznü” nümayiş etdirib, “dərvişin” fəlsəfi dünyasına heyranlıqla, estetik zövq alırmış kimi rollarını ifa edirdilər.
XIX əsrin əvvəllərinə qədər davam edən qeyri-insani moda tənqid olunmağa başlandı. Canlı insanları bəzək əşyası kimi istifadə etmək doğru hesab edilmədi. Bu minvalla içi boş İngilis dəbdəbəsinin bir eybəcərliyi tarixə qovuşdu.
Acınacaqlısı isə odur ki, öz insanına qarşı qeyri-insani yanaşma olduğunu dərk edən İngilis müstəmləkələrində yaşayan insanlara əşya qədər dəyər vermədi.

Tərifə Şükürqızı
