Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bakıda “Sehrli Payız” möcüzəsi: 4 ölkənin ulduzları arenanı fəth edir!

12 Oktyabr 2026, 14:35 Mədəniyyət
728×90

Mədəniyyət və sosial məsuliyyətin uğurlu vəhdəti olaraq Bakı Dövlət Sirki payız mövsümünə start verib və tamaşaçılara “Sehrli Payız” adlı möhtəşəm beynəlxalq sirk proqramını təqdim edir.

Su İdman Sarayının yaxınlığında qurulmuş nəhəng şapitoda oktyabrın 11-dən noyabrın 23-dək davam edəcək bu layihə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına unudulmaz anlar yaşatmağı hədəfləyir. Layihənin ən mühüm sosial tərəflərindən biri isə “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi ilə 30 ildən çoxdur davam edən ənənəvi və sıx əməkdaşlıqdır. Mədəni-kütləvi tədbirlərin yalnız əyləncə xarakteri daşımadığını, həm də mühüm sosial missiyaya xidmət etdiyini nümayiş etdirən bu tərəfdaşlıq çərçivəsində mövsümün ilk tamaşalarında şəhid və qazi övladları, eləcə də xüsusi diqqətə ehtiyacı olan uşaqlar üçün təmənnasız yerlər ayrılıb. İctimai Birlik ilə qurulan bu uzunmüddətli tərəfdaşlıq həssas qrupdan olan uşaqların cəmiyyətə inteqrasiyası və onların mədəni həyatda fəal iştirakının təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayevin  bildirdiyinə görə, proqramın quruluşunda və artistlərin seçimində tamaşaçıların rəy və istəkləri xüsusi nəzərə alınıb. Aparılan sorğu və təhlillərin nəticəsi olaraq cari mövsümdə hava uçuş gimnastikası və ekstremal akrobatik janrlara üstünlük verilib.

“Sehrli Payız” şousunda Avropa və Asiyanın 4 ölkəsindən – Qazaxıstan, Almaniya, Rusiya və Ukraynadan gəlmiş, beynəlxalq sirk festivallarının mükafatçısı olan peşəkar artistlər çıxış edirlər. Proqramda nəfəskəsən hava uçuş gimnastikası, kəmərlərdə və halqada akrobatik hava duetləri, atıcı taxtalar üzərində ekstremal akrobatika və turnikdə möhtəşəm şoular yer alıb. Eyni zamanda, tamaşaçılarla daim canlı ünsiyyətdə olan, onları səhnəyə dəvət edərək şounun fəal iştirakçısına çevirən interaktiv kloun, həmçinin təlimləndirilmiş itlər, pişiklər, meymun və məzəli ayının iştirakı ilə maraqlı nömrələr nümayiş olunur.

Qeyd edək ki, 2023-cü ildə Bakı tamaşaçılarının böyük rəğbətini qazanmış almaniyalı hava gimnastları bu dəfə tamam yeni nömrə ilə yenidən səhnəyə qayıdıblar. Cəmiyyətdə sirk sənəti uşaqların estetik zövqünün formalaşması, xəyal dünyasının zənginləşməsi və mənəvi inkişafı üçün vacib mədəniyyət ocaqlarından biri kimi qiymətləndirilir.

Su İdman Sarayının yanında inşa edilmiş şapitoda təşkil olunan tamaşalar həftəsonları (şənbə və bazar günləri) və bayram günlərində saat 12:00 və 15:00-da təqdim edilir. Biletlərin qiyməti isə 11 – 35 manat aralığında dəyişir.

Bakı Dövlət Sirki və “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi bütün şəhər sakinlərini və qonaqları uşaqların təbəssümü və əsl sirk ecazkarlığı ilə yadda qalacaq bu möhtəşəm proqrama dəvət edir.

 

Jalə Asiman

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

728×90
Paylaş: