Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qum üzərində çəkilmiş dairə

12 Oktyabr 2026, 15:00 Cəmiyyət
728×90

Dünya diplomatiyasının çox gözəl bildiyi  “qumda xətt çəkmək” termini  e.ə 168-ci ildə, Roma diplomatı Qay Popilli Lenat’ın diplomatiyasını xatırladır.

Qay Popilli Lenat  Roma tarixində  kübar cəmiyyətdən gəlməyən, buna baxmayaraq  e.ə 172 – 158-ci illərdə Roma İmperiyasında konsulluq etmiş siyasətçi idi. Ona “ikiqat” konsul deyilirdi. Qay Popilli Lenatı məşhur edə Selevik imperatoru IV Antioxla qarşılaşması oldu.

E ə 168-ci ildə Suriya müharibəsində  IV Antiox, Misiri işğal etmiş İsgəndəriyyə üzərinə yürüyürdü. Belə bir vəziyyətdə  Misir dövləti, Roma senatorluğundan kömək istəmək məcburiyyətində qaldı. Roma senatorluğu  ordu yerinə  kiçik dəstə ilə Qay Popilli Lenatı  göndərdi. Diplomatı salamlamaq üçün əlini uzadan kral IV Antioxun əli  havada asılı qalır.

Qay  öncə senatoru məktubunu oxumağı tələb edir. Kral  məsləhətləşmək üçün müşavirə keçirməli olduğunu söyləyincə  diplomat  əlindəki ağacı ilə kralın ətrafına dairə çəkir. “Bu dairədən çıxmadan qərarını qəti səkildə bildirməlisən”  tələbinin qoyur.

Məktubda  Misirin tərk edilməsi tələbi qoyulurdu. Əks təqdirdə  Selevik İmperiyası  Roma İmperiyası ilə müharibətə girülişməsi qaçılmazdı. IV Antioxun arxasında böyük ordusu olmasına baxmayaraq, Qayın cəsarətli diplomatik həmləsi qarşısında “tərksilah” olmuşdu. Ordusunu geri çəkməkdən başqa çarəsi qalmadı.

Böyük diplomatlar, siyasətçilər  gözəl bilirlər ki, müharibələr meydanlarda deyil, diplomatik görüşlərdə qazanılır. Qay Popilli Lenatı  zəkası ilə sübut etdi ki, dövləti idarə etmək və  dövlətin marağını təmsil etmək üçün  ali təbəqənin nümayəndəsi olmaq şərt deyil. Zəka  bütün titulları yenəcək qədər güclü silahdır.


Tərifə Şükürqızı

728×90
Paylaş: