Zelenskinin atəşkəs təklifinə Kremldən cavab

Kreml dəfələrlə Rusiyanın atəşkəs yox, uzunmüddətli sülh istədiyini bildirib.
Faktum.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu mövqeyin Rusiya Prezidenti Vladimir Putin tərəfindən səsləndirildiyini vurğulayıb.
Daha əvvəl, 11 oktyabrda Kiyev lideri Volodimir Zelenski ABC News-a verdiyi müsahibədə Rusiyanın 60 günlük atəşkəsə razılaşacağı təqdirdə Ukraynanın prezident seçkiləri keçirməyə hazır olduğunu bildirmişdi.
Elə həmin gün, Peskov Rusiyanın Ukrayna ilə bağlı danışıqlar prosesinə açıq olduğunu vurğulayıb.
Kremlin sözçüsü Ukraynada seçkilərin keçirilməsinin Moskvanın danışıqları bərpa etməsi üçün şərt olub-olmayacağı ilə bağlı suala cavab olaraq qeyd edib ki, Rusiya lideri hələlik bu barədə heç nə deməyib.
