Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İlham Əliyev İspaniya Kralını təbrik etdi

12 Oktyabr 2026, 11:12 Siyasət
728×90

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Faktum.az  xəbər verir ki, mətndə deyilir:

“İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

728×90
Paylaş: