Haqqımızda Reklam Əlaqə
160×600
160×600

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

16 Sentyabr 2026, 14:11 Cəmiyyət
728×90

Faktum.az  xəbər verir ki, ötən gün Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında tələbə və məzunların peşəkar inkişafına və məşğulluğuna dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlığın əsas məqsədi təhsil tələbə kreditindən yararlanan tələbə və məzunların təcrübə imkanlarını genişləndirmək, onların peşəkar bacarıqlarının inkişafına və əmək bazarına inteqrasiyasına dəstək göstərməkdir.

Təhsil Tələbə Krediti Fondu, Loqos Psixoloji və Nitq Mərkəzi, tələbə krediti, tələbə məşğulluğu, peşəkar inkişaf, təcrübə proqramı, işə qəbul, əmək bazarı

Memorandum çərçivəsində TTKF-dən təhsil tələbə krediti alan tələbə və məzunların “Loqos” Psixoloji və Nitq Mərkəzində mövcud vakansiyalar barədə məlumatlandırılması nəzərdə tutulur. Eyni zamanda uyğun namizədlərin işə qəbul prosesinə yönləndirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə proqramlarına cəlb olunması planlaşdırılır.

Əməkdaşlığın tələbə və məzunların həm praktiki təcrübə qazanmasına, həm də əmək bazarında yeni imkanlar əldə etməsinə şərait yaradacağı bildirilir.

Təhsil Tələbə Krediti Fondu, Loqos Psixoloji və Nitq Mərkəzi, tələbə krediti, tələbə məşğulluğu, peşəkar inkişaf, təcrübə proqramı, işə qəbul, əmək bazarı

728×90
Paylaş: