Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Suraxanıda qanunsuz tikinti narazılıq yaratdı – Video

16 Sentyabr 2026, 14:09 Cəmiyyət
728×90

Faktum.az:  Suraxanı rayonu, Günəşli qəsəbəsində aparılan işlər sakinləri narazı salıb.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, qəsəbənin “Daş Abidə” parkını sökürlər.
Sakinlərin sözlərinə görə, parkı söküb yerində qanunsuz tikinti aparılır.

Tikilinin hansı razılıq əsasında aparıldığı sakinlərə də maraqlıdır.

Qəsəbədə tikiliyə görə narazılıq böyüyüb. Sakinlər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət ediblər.
Sakinlər icra başçısı Adil Əliyevdın bu qanunsuz işlərlə bağlı hesabat tələb edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

728×90
Paylaş: