Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü” – Hikmət Hacıyev

02 Oktyabr 2026, 11:51 Siyasət
728×90

ABŞ-nin regionda daha geniş və fəal iştirakı gözlənilir. Həmçinin ABŞ-nin Mərkəzi Asiya və daha geniş Xəzər regionuna münasibətdə yeni geostrateji düşüncəsinin formalaşdığını da müşahidə edirik. Azərbaycan və ABŞ münasibətləri isə tamamilə yeni mərhələyə yüksəlib.

Faktum.az  xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası təqdirəlayiq rol oynayıb.

“Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü. Onlar bildirdilər ki, sülh gündəliyini dəstəkləyirlər. Nəticə olaraq Prezident Tramp öz siyasi çəkisini bu prosesə yönəltdi”, – deyə Prezidentin köməkçisi bildirib.

728×90
Paylaş: