Səssiz yayılan təhlükə: Ayaq və dırnaq göbələyinin yaranma səbəbləri və müalicə yolları

Faktum.az xəbər verir ki, ayaq və dırnaq göbələyi (tibb dilində mikoza və onikomikoza) estetik narahatlıq yaratmaqla yanaşı, müalicə olunmadıqda ciddi dəri və toxuma problemlərinə yol açan yayğın infeksiyalardan biridir.
Bu xəstəlik əsasən rütubətli və isti mühitlərdə inkişaf edir; qapalı hovuzlar, idman zalları və sauna kimi ictimai yerlərdə yalın ayaqla gəzmək, sintetik və hava keçirməyən dar ayaqqabılar geyinmək, başqasının şəxsi əşyalarından (corab, dəsmal, dırnaq tutan) istifadə etmək infeksiyanın yaranma və yayılma riskini kəskin artırır.
Şəkərli diabet, qan dövranı pozuntusu və ya zəif immunitet kimi xroniki şəraitlər də göbələyin dərhal dırnaq yatağına nüfuz etməsinə zəmin yaradır. Ayaqda soyulma, kəskin qaşınma, qızartı və pis qoxu ilə başlayan rahatsızlıq, dırnağa keçdikdə onun saralması, qalınlaşması, ovulması və formasını itirməsi ilə nəticələnir. Mütəxəssislər bildirirlər ki, göbələyin müalicəsi böyük səbir tələb edir ki, ilkin mərhələlərdə həkim tərəfindən təyin olunan yerli antimikotik məlhəm və dırnaq lakları yetərli olsa da, dərinləşmiş dırnaq zədələnmələrində sistemli daxilə qəbul edilən dərmanlar tətbiq olunmalıdır.
Müalicə prosesinin uğurlu olması üçün müntəzəm dermatoloq nəzarəti ilə yanaşı, ayaqların daim quru saxlanılması, corabların yüksək tempraturda yuyulması və ayaqqabıların dezinfeksiya edilməsi həyati əhəmiyyət kəsb edir.
