Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Paşinyan göstəriş verdi: “Artsax TV” bağlandı

02 Oktyabr 2026, 18:07 Dünya
728×90

Vaxtıyla Qarabağda separatçıların ruporu olaraq çıxış edən, son zamanlara qədər isə Ermənistanda işinə davam edən  “Artsakh” TV fəaliyyətini dayandırıb.

Faktum.az xəbər verir ki, bu barədə “kanal”ın rəhbəri Hrayr Avetisyan məlumat verib.

O bildirib ki, qərarı onlar yox, qondarma “dqr hökuməti” verib. Onun sözlərinə görə, “Artsax TV” adından və platformasından istifadə səlahiyyəti başqa bir QHT-yə veriləcək.

Erməni mediası isə bildirir ki, “kanal”ın bağlanmasının təşəbbüskarı Ermənistan hökumətidir. Belə ki, rəsmi İrəvan Azərbaycanla münasibətlərin gərginləşməsini istəmədiyindən separatçılara bağlı “kanal”ı dayandırmaq qərarı verib.

728×90
Paylaş: