Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”O millət vəkili Rəsulzadədən”

01 Avqust 2026, 10:30 Mədəniyyət
728×90

Sovet dövründə ədəbiyyat dərsliklərində Səməd Vurğunun “26-lar” poeması tədris olunurdu. Poemada Səməd Vurğun belə bir cümlə işlədir:

“O millət vəkili Rəsulzadədən,

Toplamış məclisə müsəlmanları,

Yağlı vədələrə tutmuş onları”.

Sovet ideologiyası müsavatçıları “vətən xaini”, “pantürkist”, “menşevik” kimi adlarla damğalayıb gözdən salmağa çalışanda, bu repressiv maşına və “rus işğalı” həqiqətinə çarəsizcə qatlandıq. Lakin qatlanan bilməyəcək ki, əsl açılmayan yaralar özümüzün özümüzə vurduğu yaralardır.

Bu gün Səməd Vurğun Azərbaycan xalqının ölməz şairi kimi əbədiyyətə qədər yaşayacaq. Bəs Azərbaycan xalqına tarixin ən qaranlıq dövründə müstəqilliyi yaşadan Məhəmməd Əmin Rəsulzadə Səməd Vurğunun qələmində necə yaşadı? Üçrəngli bayrağı göylərə qaldıran Rəsulzadəni Səməd Vurğun millətə necə tanıtdı? Yalançı, boş vədlərlə insanları aldadan biri kimi…

Məgər o dövr kimsəni həqiqəti şöhrətə satmağa məcbur edirdimi? Bu, hər bir insanın öz şəxsi seçimi idi. Kommunist partiyasından daha çox tərif almaq üçün edilən canfəşanlıq idi.

Əminik ki, bu yazı birmənalı qarşılanmayacaq. Bir çoxu saxta təəssübkeşlik edib acı həqiqəti bəzəkli cümlələrlə örtməyə çalışacaqlar. Necə ki, “26-lar” poemasında deyildiyi kimi: “Şaumyan əsəbi gəzib oturur”, onlar da qalxıb oturacaqlar.

O gün yazılan və bu gün heç bir məna kəsb etməyərək tarixin zibilliyinə atılan “26-lar” poeması millətə müstəqillik bəxş edən M.Ə.Rəsulzadənin əbədiliyini dəyişmədi, əksinə, öz müəllifinin adına kölgə saldı.

Unutmayın, şöhrət afətdir. Hər adət bir gün gözəlliyini yitirəcək.

Tərifə Şükürqızı

728×90
Paylaş: