Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mehriban Əliyevanın əzmkar və geniş miqyaslı fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır

26 Avqust 2026, 13:11 Cəmiyyət
728×90

Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.

O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. O, ictimai düşüncədə “bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu. Bu, çox önəmli məsələdir. Mehriban xanım insanlarda sosial məsuliyyət hissinin yaranmasına və ictimai işlərdə fəal olmağa sövq etdi. Və bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür, bunu bir borc kimi qəbul edirlər. Nə üçün xalq ölkənin başçısını və Birinci vitse-prezidenti bu qədər sevir? Çünki, vətəndaşlar cənab Prezidentin və Mehriban xanımın timsalında onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər. Onlar daim əhalinin yanındadır, ünsiyyətdən çəkinmirlər, əksinə insanların görüşünə can atırlar. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və geniş miqyaslı fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir.

Əziz və hörmətli Mehriban xanım!
Bu gün sizin doğum gününüzdür. Bu münasibətlə Sizi şəxsən öz adımdan və çalışdığım kollektiv adından ürəkdən təbrik edir, respublikamızın inkişafında göstərdiyiniz xidmətlərdə uğurlar arzulayıram.

Sevda Bəşirova

M.Hüseynov adına 3 saylı Bakı şəhər poliklinikasının göz həkimi

728×90
Paylaş: