Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Kabalistika: Yəhudi mistisizmi və ədədlərin gizli kodu

01 Avqust 2026, 14:30 Özəl
REKLAM728×90

Faktum.az xəbər verir ki, əsrlər boyu yalnız müəyyən yaşa çatmış, dərin dini biliklərə sahib din xadimlərinə gizli şəkildə öyrədilən Kabalistika, Yəhudi ezoterizminin və filosofiyasının ən sirli qollarından biridir.

Yəhudi mistisizminin əsasını təşkil edən bu təlim kainatın yaradılışını, Tanrı ilə insan arasındakı ruhi əlaqəni və müqəddəs mətnlərin görünməyən qatlarını kəşf etməyi hədəfləyir.

Kabalistikaya görə, dünyadakı hər şey müəyyən bir ilahi enerjinin təzahürüdür və bu enerjini anlamağın ən təməl yolu “Həyat Ağacı” (Sefirot) adı verilən 10 ruhi mərhələdən ibarət strukturdur. Lakin təlimin ən maraqlı və sirli tərəfi İbrani əlifbasındakı hər bir hərfin eyni zamanda ədədi qiymətə malik olması ideyasına söykənən Qematriya (Gematria) üsuludur. Bu metoda əsasən, müqəddəs İncil və Tövrat mətnlərindəki sözlərin rəqəmsal dəyərləri hesablanır; eyni ədədi cəmə malik sözlər arasında gizli ezoterik və fəlsəfi bağların olduğu qəbul edilir.

Beləliklə, Kabalistika kainatın təsadüflərdən deyil, rəqəmlər, hərflər və riyazi harmoniyadan ibarət mürəkkəb ilahi kodlar üzərində qurulduğunu iddia edərək, minilliklərdir həm şərq, həm də qərb fəlsəfi təfəkkürünə dərindən təsir etməkdə dəvam edir.

REKLAM728×90
Paylaş: