Şəhid əmanətlərinə və qazilərə ali qayğı: Abşeron RİH-in örnək fəaliyyəti

Vətənimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən azadlıq fədailərinin – şəhidlərimizin xatirəsini uca tutmaq hər birimizin mənəvi borcudur. Şəhidlərimizdən bizə əmanət qalan ailələrinə, eləcə də Vətən müharibəsində sağlamlığını itirən qazilərimizə xüsusi diqqət və qayğı göstərmək sadəcə vəzifə öhdəliyi deyil, vicdan məsələsidir.
Şadlandırıcı və qürurverici haldır ki, dövlətimizin bu istiqamətdə yürütdüyü ali siyasət Abşeron rayonunda da yüksək səviyyədə, sistemli və ardıcıl olaraq həyata keçirilir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısının və RİH əməkdaşlarının şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi səmimi diqqət, qayğı və həssas münasibət hər cür təqdirə və alqışa layiqdir. İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi formal tədbirlərlə kikayətlənmir; hər zaman şəhid evlərini ziyarət edir, onların qayğıları, ehtiyacları və gündəlik problemləri ilə yaxından maraqlanırlar.
Şəhidlərimizin anım günlərində, dövlət bayramlarında və xüsusi tarixlərdə onların ailələrinin yanında olmaq, qazilərimizin müalicəsi, məşğulluğu və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan hər bir addım real əməlin, eyni zamanda dövlətə və vətəndaşa olan dərin hörmətin bariz təcəssümüdür. Bu cür həssaslıq Vətən uğrunda döyüşənlərin əməyinə verilən en ali qiymətdir.
Xəqani Muradov
Vətən Müharibəsi İştirakçısı – Jurnalist
