Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

İncəsənətin insanı fiziki olaraq yıxma gücü: Stendal sindromu

15 İyul 2026, 10:00 Mədəniyyət
REKLAM728×90

Faktum.az-ın araşdırmasına görə, muzeylərdə və ya tarixi məkanlarda həddindən artıq gözəl sənət əsərləri ilə qarşılaşan insanların ürək döyüntülərinin sürətlənməsi, baş gəllənməsi, hallüsinasiyalar görməsi və hətta huşunu itirməsi elmdə “Stendal sindromu” (və ya Florensiya sindromu) adlanır.

İlk dəfə 1817-ci ildə fransız yazıçısı Stendalın Florensiyadakı Santa Kroçe kilsəsini ziyarət edərkən yaşadığı dərin emosional və fiziki sarsıntını qələmə alması ilə ədəbiyyata daxil olan bu vəziyyət, 1989-cu ildə italyan psixiatrı Qraziella Maqerini tərəfindən rəsmi olaraq psixoloji pozuntu kimi xarakterizə edilib.

Psixoloqlar bildirirlər ki, estetik mükəmməllik, rənglərin sıxlığı və ya tarixi atmosfer beyində emosional yüklənməyə səbəb olur ki, bu da sinir sisteminin həddindən artıq oyanması ilə nəticələnərək bədəndə real fiziki reaksiyalar və panik atak bənzəri simptomlar yaradır. Xüsusilə sənətə qarşı həssas olan turistlərdə, rəssamlarda və şairlərdə daha çox müşahidə edilən bu sindrom, insanın sadəcə vizual bir təsirdən dolayı bioloji olaraq necə zəifləyə biləcəyini göstərən ən maraqlı psixi fenomenlərdən biri hesab olunur.

REKLAM728×90
Paylaş: