Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

ƏDV-dən və gömrük rüsumundan azad edilən malların siyahısı genişləndirilib

08 Sentyabr 2026, 17:43 İqtisadiyyat
REKLAM728×90

“İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib. Belə ki, kənd təsərrüfatı istehsalının bir sıra sahələri, şərabçılıq, habelə müəyyən tikinti materiallarının istehsalı güzəşt tətbiq edilən fəaliyyət sahələrinə əlavə edilib.

Bununla əlaqədar olaraq, həmin fəaliyyət sahələri üzrə istifadə olunan bir sıra xammal, material, texnika, texnoloji avadanlıq və qurğuların idxalı da əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısına daxil edilib.

Dəyişikliklərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı və istehsal sahələrinin inkişafının dəstəklənməsi, eləcə də həmin ərazilərə yeni texnologiyaların və müasir avadanlıqların cəlb edilməsinin təşviq edilməsidir.

1-1. 0141 Südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi
1-2. 0142 Digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi
1-3. 0322 Şirin su hövzələrində balıqyetişdirmə
1-4. 10.11 Ət emalı və konservləşdirilməsi
1-5. 10.12 Ev quşlarının ətinin emalı və konservləşdirilməsi
1-6. 10.13 Ət məhsulları və ev quşlarının ətindən alınan məhsulların istehsalı

 

1-7. 10.20 Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi
1-8. 10.41 Yağ və piylərin istehsalı
1-9. 10.51 Süd və pendir məhsullarının istehsalı
1-10. 1091 Fermalarda saxlanılan heyvanlar üçün hazır yemlərin istehsalı
1-11. 1102 Üzümdən şərab istehsalı
6-1. 21 Əczaçılıq məhsullarının istehsalı
6-2. 22.21.30 Armaturlaşdırılmamış və ya digər materiallarla kombinə edilməmiş plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqların istehsalı
6-3. 22.21.41 Məsaməli plastmasdan sair plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqların istehsalı
6-4. 22.23.11 Döşəmə, divar və tavan üçün plastmasdan rulon və ya plitə şəklində örtüklərin istehsalı
6-5. 23.13.12 Şüşə saxsıdan başqa, stəkanların istehsalı
8-1. 2571 Bıçaq məmulatlarının istehsalı
8-2. 25.99 Digər qruplara daxil edilməyən sair hazır metal məmulatlarının istehsalı
 

16.

 

3511

Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı (paylarının (səhmlərinin) 50 (əlli) faizi və daha artıq hissəsi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslər

istisna olmaqla)

17. 72 Elmi tədqiqatlar və işləmələr
18. 8292 Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması

İkinci və üçüncü siyahılar üzrə müəyyən edilmiş texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların yalnız birinci siyahıda qeyd edilmiş iqtisadi fəaliyyət sahələri üzrə istehsal qurulacağı təqdirdə idxalın əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması nəzərə alınır. İnvestisiya layihələrinə güzəştlər yalnız texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı tətbiq edilir.

101-1. 3404 Süni mumlar və hazır mumlar
126-1. 3901 İlkin formalarda etilen polimerləri
 

142-1.

 

3923

Malların nəqli və ya qablaşdırılması üçün plastmasdan məmulatlar; plastmas tıxaclar, qapaqlar, qalpaqlar və tıxaclama üçün digər vasitələr (yalnız tava və qazan

istehsalında istifadə olunan)

315-1. 7315 Qara metallardan zəncirlər və onların hissələri yalnız liftlər,

eskalatorlar və digər qaldırıcıların istehsalında istifadə olunan)

 

 

318-1.

 

 

7323

Qara metallardan süfrə, mətbəx məmulatları və ya məişət ehtiyacları üçün digər məmulatlar və onların hissələri; qara metallardan “yun”; qara metallardan mətbəx qablarının təmizlənməsi üçün liflər, təmizləmə və ya pardaqlama üçün yastıqcıqlar, əlcəklər və analoji məmulatlar (yalnız tava və

qazan istehsalında istifadə olunan)

 

 

337-1.

 

 

7615

Alüminiumdan süfrə, mətbəx və ya məişət ehtiyatları üçün digər məmulatlar və onların hissələri; alüminiumdan mətbəx qablarını təmizləmək üçün liflər, təmizləmə və ya pardaqlama üçün yastıqcıqlar, əlcəklər və analoji məmulatlar; alüminiumdan sanitar-texniki avadanlıq və onun

hissələri (yalnız tava və qazan istehsalında istifadə olunan)

338-1. 7905 Sink plitələri, vərəqləri, zolaqları və ya lentləri və folqa
338-2. 7907 Sinkdən digər məmulatlar
 

344-1.

 

8407

Dövrü və ya irəli-geri hərəkət edən porşenli, qığılcımla alışan daxili yanma mühərrikləri (motosikletlər və mopedlərin sənaye (yığım) müəssisəsində sənaye yığımı

məqsədilə)

344-2. 8425 Skipli yük qaldırıcılarından başqa, qaldırıcı tallar və qaldırıcılar; bucurğadlar və dolamaçarxlar (kabestanlar);

domkratlar

 

344-3.

 

8431

Yalnız və ya əsasən 8425-8430 mal mövqelərinin avadanlığı üçün nəzərdə tutulmuş hissələr (yalnız liftlər, eskalatorlar və digər qaldırıcıların istehsalında istifadə

olunan)

 

 

 

350-1.

 

 

8530

Dəmir yollarında, tramvay xətlərində, avtomobil yollarında, daxili su yollarında, avtomobil dayanacaqlarında, limanlarda və ya aerodromlarda hərəkətin təhlükəsizliyinin və ya idarə olunmasının təmini üçün elektrik siqnalizasiya qurğuları

(8608 mal mövqeyinin avadanlığından başqa)

 

350-2.

 

8531

8512 və ya 8530 mal mövqeyinin avadanlığından başqa, səs və ya vizual siqnalizasiya elektrik avadanlığı (məsələn, zənglər, sirenalar, indikator panelləri, mühafizənin təmin edilməsi üçün və ya yanğın təhlükəsizliyi üçün

siqnalizasiya qurğuları)

 

 

 

350-3.

 

 

 

8535

1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, əriyən qoruyucular, ildırım ötürücüləri, gərginlik məhdudlaşdırıcıları, gərginlik sıçrayışlarının söndürücüləri, cərəyan qəbulediciləri, cərəyan götürücüləri və digər

birləşdiricilər, birləşdirici qutular)

 

 

 

350-4.

 

 

 

8536

1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular); optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün

birləşdiricilər

 

 

 

350-5.

 

 

 

8537

Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını və qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pultlar, panellər, konsollar, masalar, bölüşdürücü

şitlər və elektrik aparatları üçün digər təməllər

350-6. 8538 8537 mal mövqeyinin məmulatları üçün nəzərdə tutulmuş, lakin müvafiq aparatura ilə komplektləşdirilməmiş,

pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və digər təməllər, elektron modullar

 

351-1.

 

8543

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, fərdi funksiyaları olan elektrik maşınlar və aparatura (yalnız liftlər, eskalatorlar və digər qaldırıcıların

istehsalında istifadə olunan)

 

 

 

355-1.

 

 

8608

Dəmiryol və ya tramvay xətləri üçün yol avadanlığı və qurğuları; mexaniki siqnal avadanlığı, dəmir yollarında, tramvay xətlərində, avtomobil yollarında, daxili su yollarında, dayanacaq obyektlərində, limanlarda və ya aerodromlarda hərəkət təhlükəsizliyinin və ya idarə

edilməsinin təmini üçün qurğular

REKLAM728×90
Paylaş: