Suraxanı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

Suraxanı rayonunun inkişafı, küçə və qəsəbələrdə yol infrastrukturunun genişləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə yolların təmiri və yenidən qurulması, küçələrin işıqlandırılması, kanalizasiya sisteminin yenidən qurulması, eləcə də yaşıllaşdırma işləri davam etdirilir.
Bununla yanaşı, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi yüksək diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yaxşılaşdırılması, onların müraciətlərinin diqqətdə saxlanılması və qarşılaşdıqları problemlərin həlli istiqamətində mühüm addımlar atılır.
Görülən işlər rayonun sosial və infrastruktur inkişafına, sakinlərin rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunmasına mühüm töhfə verir.
Xəqani Muradov
Jurnalist -Vətən Müharibəsi İştirakçısı
