Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Bir hərəkət, 4 milyard zərər

08 Avqust 2026, 16:00 Dünya
REKLAM728×90

Dünya futbolunun ulduzlarından sayılan Kriştianu Ronaldu yalnız yaşıl meydançada deyil, təşkil edilən tədbirlərdə də yaddaqalan addımları ilə seçilməyi bacarır. Ulduz futbolçu iştirak etdiyi mətbuat konfranslarından birində “Coca-Cola” şirkətinə elə bir gözlənilməz zərbə vurdu ki, brend bir anda ciddi maliyyə itkisi ilə üzləşdi.

Jurnalistlərlə görüş zamanı masa üzərinə qoyulmuş “Coca-Cola” şüşələrini kənara itələyən Ronaldu, suyu yuxarı qaldıraraq “Su için!” mesajını verdi. Bu sadə, lakin təsirli jestdən dərhal sonra şirkətin bazar dəyərində təxminən 4 milyard dollarlıq kəskin azalma baş verdi.

Futbolçunun bu davranışı ilə insan sağlamlığına və sağlam həyat tərzinə diqqət çəkməsi, dünya ictimaiyyətinə verdiyi dəyər baxımından bəlkə də meydançada vurduğu qollardan daha önəmlidir.

Tərifə Şükürqızı

REKLAM728×90
Paylaş: