Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Pedaqoq Rasimə Səfərova: “Təhsilli qız – güclü qadın, güclü ailə və güclü cəmiyyət deməkdir”

05 Avqust 2026, 10:38 Müsahibə
REKLAM728×90

Faktum.az  xəbər verir ki, pedaqoq Rasimə Səfərova qızların təhsil almasının əhəmiyyəti, cəmiyyətin inkişafındakı rolu və valideynlərin bu müddətdəki məsuliyyəti ilə bağlı müsahibəni oxucularımıza təqdim edirik:

  • Rasimə xanım, əvvəlcə sizi tanıyaq.

Mən, Səfərova Rasimə Rasim qızı, üç övlad anasıyam. Uşaqlara olan sevgim həm ana, həm də müəllim kimi həyatımın ayrılmaz hissəsidir. İşini və şagirdlərini ürəkdən sevən bir müəllim kimi hər bir uşağın kiçik uğurunda böyük sevinc, hər bir inkişafında isə böyük qürur hissi keçirirəm.

Mənim üçün müəllimlik sadəcə bir peşə deyil – uşaqların həyatına işıq olmaq, onlara inanmaq, potensiallarını üzə çıxarmaq və uğur yolunda hər zaman yanlarında olmaqdır. İnanıram ki, sevgi, səbir və düzgün yanaşma ilə hər bir uşaq öz bacarığını göstərə və uğur qazana bilər.

  • Sizcə, qızların təhsil alması nə üçün vacibdir?

– Qızların təhsil alması çox vacibdir. Çünki təhsil insanın dünyagörüşünü artırır, özünə inam verir və gələcəyini özü qurmasına kömək edir. Təhsilli qız yalnız öz həyatını deyil, gələcəkdə ailəsini və cəmiyyəti də inkişaf etdirir.

  • Bəziləri düşünür ki, qız üçün təhsil o qədər də vacib deyil. Siz bu fikirlə razısınız?

– Xeyr, razı deyiləm. Qızın təhsili heç vaxt ikinci planda olmamalıdır. Qız da öz arzularının, məqsədlərinin arxasınca getməli və öz ayaqları üzərində dayanmağı bacarmalıdır.

  • Təhsilli qadının cəmiyyətə faydası nədən ibarətdir?

– Təhsilli qadın gələcək nəsillərin düzgün tərbiyəsində mühüm rol oynayır, müxtəlif sahələrdə çalışaraq ölkənin inkişafına dəstək verir.

  • Qızların təhsil alması ölkənin inkişafına necə təsir edir?

– Təhsilli qadınların sayı artdıqca ixtisaslı kadrlar çoxalır, iqtisadi və sosial inkişaf sürətlənir.

  • Sizcə, qızlar hansı sahələrdə təhsil ala bilər?

– Qızlar istədikləri və bacarıqlarına uyğun olan istənilən sahədə təhsil ala bilərlər. Elm, tibb, təhsil, texnologiya, mühəndislik və digər bütün sahələrdə qızların yeri var.

  • “Qız uşağı çox oxumamalıdır” fikrinə münasibətiniz necədir?

– Bu, köhnəlmiş və yanlış düşüncədir. Qız uşağı da oğlan uşağı kimi oxumaq, öyrənmək və öz arzularına çatmaq haqqına sahibdir.

  • Təhsilli qadın ailədə hansı rolu oynayır?

– Təhsilli qadın övladlarının təhsilinə daha çox diqqət yetirir, ailədə düzgün qərarlar qəbul etməyə kömək edir və sağlam mühit yaradır.

  • Valideynlər qız övladlarının təhsilinə necə dəstək ola bilərlər?

– Onları həvəsləndirməklə, təhsil üçün əlverişli şərait yaratmaqla və arzularına hörmət etməklə.

  • Bu mövzu ilə bağlı vermək istədiyiniz əsas mesaj nədir?

– Hər bir qızın keyfiyyətli təhsil almaq hüququ var. Qızların təhsilinə qoyulan investisiya cəmiyyətin və ölkənin gələcəyinə qoyulan investisiyadır.

  • Sonda qızlara və valideynlərə mesajınız nədir?

– Qızlarımıza maneə olmaq əvəzinə, onların qarşısında yol açaq. Çünki təhsilli qız – güclü qadın, güclü ailə və güclü cəmiyyət deməkdir.

Əlaqə vasitələri:

Tel:  (+99477) 270 45 85

İnstagram:    seferova_rasime

 

Faktum.az   olaraq cəmiyyətin maariflənməsi, gələcək nəsillərin sağlam və təhsilli yetişməsi istiqamətində dəyərli fikirlərini bölüşən pedaqoq Rasimə Səfərovaya dərin təşəkkürümüzü bildirir və fəaliyyətində uğurlar arzulayırıq.

REKLAM728×90
Paylaş: