Müəllimə uzanan əl – cəmiyyətin gələcəyinə vurulan zərbədir

Günümüzdə müzakirə olunan Hicab məsələsi artıq şaxələnərək yayılıb, məktəblilərin etirazı həmçinin bir qrup valideynlərin müəllimlərə qarşı fiziki zorakılığı, və məktəb ocaqlarına hücümü qəbul edilməzdir.
Məktəb bizim övladlarımızın elm ocağıdır. Ərköyün balalarımızın nazını çəkən müəllimlərə qarşı bu soyuğ münasibət qəbul olunmazdır.
Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarına Vahid geyim formasına hərbir məktəbli riayət etməlidir.
Biz müasir müstəqil Azərbaycan Respublikasında yaşayırıq.
Mən Hicaba qarşı deyiləm, yalnız uşaqların ən azı 18 yaşdan yuxarı Hicaba bürünməsini daha uyğun bilirəm…
Hələ dünyanın gedişatını bilməyən uşağa, öz fikirləri formalaşmayan bir uşağa Hicab nə dərəcədə düzgündür?
Əziz Valideynlər bu qərarı anlayışla qarşılayın övladlarımızı təhsillə yönəldin. Onların təhsil alması gələcəkdə Azərbaycanın daha da güclənməsi deməkdir.
Xəqani Muradov
Jurnalist – Vətən Müharibəsi İştirakçısı
