İran sərhəddə 150 minlik qoşun yerdib

İran sərhədləri boyunca 50-dən çox döyüş və yardımçı bölmə yerləşdirib.
Faktum.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlar məlumat yayıb.
Bildirilir ki, buraya mobil briqadalar, çevik reaksiya qüvvələri, zirehli və mexanikləşdirilmiş, eləcə də artilleriya, mühəndislik, raket bölmələri və dron hissələri daxildir.
Məlumatda vurğulanır ki, qoşunlar İranın şimal-qərb, qərb və cənub-qərb, habelə ölkənin şərq və cənub-şərq istiqamətlərində yerləşdirilib.
Qeyd edək ki, yerli mənbələr sərhəddə çıxarılan qoşunun ümumi sayının 150 min nəfərə yaxın olduğunu iddia edirlər.
