Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? – VİDEO

Bəzi dərmanlar bütöv qutu şəklində, bəziləri isə hissə-hissə satılır. Ancaq apteklərin bir qismi müştərilərin bu sifarişini yerinə yetirmir.
Faktum.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir hadisə Kürdəmir rayonunda yaşayan şəxsin başına gəlib.
Həkimin yazdığı reseptə uyğun olaraq Bakıdakı apteklərdən birindən dərmanın yalnız bir hissəsini alıb. Lakin eyni dərmanı Kürdəmir rayonunda yerləşən apteklərdən almaq istəyərkən ona bunun mümkün olmadığı bildirilib.
Şikayətçinin sözlərinə görə, dərmanın qiyməti münasib olmasa da, səhhətinə görə onu qutu şəklində almağa məcbur olub.
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, bu növ dərmanlar reseptə uyğun miqdarda verilməlidir.
Bu kimi hallarla üzləşən şəxslər bununla bağlı aidiyyəti qurumlara məlumat verə bilərlər.
