Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sahil Babayev Samir Şərifovun qərarında dəyişiklik etdi

01 Oktyabr 2026, 09:38 İqtisadiyyat
728×90

Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.

Faktum.az  xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri ilə yanaşı fiziki şəxs olan işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi ezamiyyət sayılacaq.

728×90
Paylaş: