Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Tarixi dəyişən nitq: 1963-cü ilin 28 avqustu və Martin Lüter Kinqin “Mənim bir xəyalım var” çağırışı

28 Avqust 2026, 08:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, 1963-cü il avqustun 28-də ABŞ-nin Vaşinqton şəhərində insan hüquqları tarixinin ən mühüm hadisələrindən biri baş verib. İrqi diskriminasiyaya və bərabərsizliyə qarşı keçirilən “Vaşinqtona yürüş” aksiyasında 250 mindən çox insanın qarşısına çıxan Martin Lüter Kinq məşhur “I Have a Dream” (“Mənim bir xəyalım var“) nitqini söyləyib.

Linkoln memorialının pilləkənlərindən səslənən bu tarixi çıxış insan azadlığı, irqi bərabərlik və sosial ədalət uğrunda mübarizənin rəmzinə çevrilib. Kinqin insanlığın dərisinin rənginə görə deyil, xarakterinə görə qiymətləndirildiyi bir dünya xəyalı, təkcə Amerika cəmiyyətində deyil, bütün dünyada vətəndaş hüquqları hərəkatına güclü təkan verib.

Bu gün həmin tarixi günün ildönümüdür və bu çıxış tək bir insanın alovlu nitqinin və böyük xəyalının bəşəriyyətin gələcəyini necə dəyişə biləcəyinin ən parlaq sübutu olaraq qalır.

728×90
Paylaş: