SON DƏQİQƏ: Küçələr alova büründü, şiddətli qarşıdurmalar yaşanır

Fakrum.az xəbər verir ki, Fransanı paytaxtı Parisin mərkəzində etirazçılarla polis qüvvələri arasında şiddətli və xaotik qarşıdurmalar baş verir.
TikTok platformasındakı canlı yayımdan əldə edilən kadrlardan görünür ki, şəhərin küçələri tamamilə dağıntılara və tullantılara qərq olub. Etirazçılar tərəfindən qurulan barrikadalar yandırılıb, ərazini qatı tüstü bürüyüb.
Gərginliyin pik həddə çatdığı bölgədə mağazaların şüşələri sındırılıb, obyektlərə ciddi maddi ziyan vurulub. Üzlərini maskalarla gizlədən nümayişçilər polis əməkdaşlarına qarşı müqavimət göstərərək əşyalar və daşlar atırlar. Hüquq-mühafizə qüvvələri isə kütləni nəzarətdə saxlamaq üçün tədbirlər görür, lakin toqquşmalar səngimək bilmir.
Xatırladaq ki, iğtişaşlara səbəb ölkədəki ağır sosial-iqtisadi şərait, yaşayış xərclərinin kəskin artması və digər narazılıqlardır.
Fakrum.az hadisə ilə bağlı baş verən son yenilikləri izləməyə davam edir.
