Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi

25 Noyabr 2026, 19:24 Cəmiyyət
728×90

Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhər günlərinin təsis olunması xalqımızın tarixi Qələbəsinin əbədiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan 25 Noyabr – Kəlbəcər şəhəri günü xüsusi tarixi və mənəvi məna kəsb edir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş və 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyənləşdirilmişdir. Bu qərar Kəlbəcərin azad olunması tarixinin dövlət səviyyəsində əbədiləşdirilməsi və xalqımızın yaddaşında xüsusi yer tutmasının təmin edilməsi baxımından mühüm addım olmuşdur.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər 27 ildən artıq müddətdə doğma sakinlərinin həsrətinə çevrilmişdi. Bu illər ərzində kəlbəcərlilər Vətən sevgisini, doğma yurda bağlılığını və qayıdış ümidini qoruyub saxladılar. Nəhayət, 2020-ci il noyabrın 25-də Vətən müharibəsində qazanılmış tarixi Qələbənin nəticəsi olaraq rayon Azərbaycana qaytarıldı.

Kəlbəcərin azad olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, güclü ordunun və xalq-Prezident-ordu birliyinin parlaq nəticəsi idi. Bu hadisə həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və milli iradəsinin təntənəsi kimi tarixə düşdü.

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir yollar, tunellər, körpülər, enerji infrastrukturu, yaşayış məntəqələri və sosial obyektlər inşa edilir. Məqsəd Kəlbəcəri müasir standartlara uyğun inkişaf edən, insanların rahat yaşayacağı və iqtisadi potensialını reallaşdıracağı bölgəyə çevirməkdir.

25 Noyabr yalnız Kəlbəcərin azad edildiyi gün deyil. Bu tarix həm də illərlə davam edən həsrətin sona çatmasının, tarixi ədalətin bərpasının və xalqımızın sarsılmaz iradəsinin rəmzidir. Kəlbəcər şəhəri günü hər bir azərbaycanlıya xatırladır ki, Vətən torpağının hər qarışı müqəddəsdir və onun qorunması, inkişafı, gələcək nəsillərə bütöv şəkildə çatdırılması hər birimizin mənəvi borcudur.

 

Pərviz Əsgərov – Zərdab rayonu Alıcanlı kənd sakini

728×90
Paylaş: