Kosmetoloq Ləman Əsədova: “Mənim əsas iş prinsipim təbiilik, təhlükəsizlik və fərdi yanaşmadır”

Hər bir insanın daxilindəki gözəlliyi üzə çıxarmaq, özgüvənini artırmaq və bunu edərkən təbiiliyi qorumaq əsl peşəkarlıq tələb edir. Estetik kosmetologiya sadəcə xarici görünüşün dəyişdirilməsi deyil, həm də insan sağlamlığına həssas yanaşma, estetik zövq və dürüstlük deməkdir. Faktum.az saytı olaraq, oxucularımıza təqdim etdiyimiz növbəti müsahibə məhz bu prinsiplərlə çalışan, təbiiliyə və peşəkarlığa üstünlük verən kosmetoloq Ləman Əsədova ilədir.
— Ləman xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
— Gözəllik və estetika sahəsinə hər zaman xüsusi marağım olub. İnsanların özlərini daha gözəl, özgüvənli və xoşbəxt hiss etmələrinə kömək etmək mənim üçün çox dəyərlidir. Zaman keçdikcə bu maraq peşə seçimimə çevrildi. Mənim üçün kosmetologiya sadəcə xarici görünüşü dəyişmək deyil, insanın özünə olan inamını artırmaq və onun təbii gözəlliyini üzə çıxarmaqdır. Bu sahəni seçdiyim üçün xoşbəxtəm və öz üzərimdə işləməyi davam etdirirəm.
— Neçə ildir ki, bu sahədəsiniz?
— Dörd ildir ki, kosmetologiya sahəsində fəaliyyət göstərirəm və bu müddət ərzində həm təcrübəmi artırmağa, həm də biliklərimi daim yeniləməyə çalışıram. Mənim üçün bu peşədə əsas məsələ yalnız illərlə işləmək deyil, hər gün yeni biliklər qazanmaq, müasir yanaşmaları öyrənmək və pasiyentlərimə daha keyfiyyətli xidmət göstərməkdir.
— Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
— Estetik kosmetologiya istiqamətində fəaliyyət göstərirəm. Xidmətlərimə üz dərisinə qulluq, mezoterapiya, biorevitalizasiya, PRP və plazmaliftinq prosedurları, botulinoterapiya, dolğu prosedurları və üzün harmoniyasını qorumağa yönəlmiş estetik tətbiqlər daxildir. Hər bir pasiyentin üz quruluşunu, dəri xüsusiyyətlərini və fərdi ehtiyaclarını nəzərə alaraq uyğun yanaşma seçməyə çalışıram. Məqsədim süni dəyişikliklər yaratmaq deyil, insanın özünəməxsus gözəlliyini qoruyaraq daha təravətli və baxımlı görünməsinə kömək etməkdir.
— İş prinsipiniz nədən ibarətdir?
— Mənim əsas iş prinsipim təbiilik, təhlükəsizlik və fərdi yanaşmadır. Hesab edirəm ki, uğurlu estetik nəticə insanın üz cizgilərini dəyişdirmək deyil, onların harmoniyasını qorumaqdır. Hər kəsə eyni proseduru tətbiq etmək düzgün deyil, çünki hər insanın üz quruluşu, dərisi və gözəllik anlayışı fərqlidir. Pasiyentlərimi diqqətlə dinləməyə, onlara prosedurların imkanlarını və məhdudiyyətlərini izah etməyə xüsusi önəm verirəm. Mənim üçün pasiyentin sağlamlığı və məmnuniyyəti hər zaman ilk sıradadır.
— Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?
— İlk növbədə, insan sağlamlığını və təhlükəsizliyini riskə atan prosedurlara “yox” deyirəm. Pasiyentin üz quruluşuna uyğun olmayan, həddindən artıq və qeyri-təbii dəyişikliklər yaradan müdaxilələri də düzgün hesab etmirəm. Hər istək mütləq həyata keçirilməli deyil. Bəzən pasiyentə ən yaxşı xidmət istədiyi proseduru etmək deyil, onun üçün daha uyğun alternativ təklif etməkdir. Məncə, peşəkarlıq yalnız gözəl nəticə əldə etməkdə değil, lazım gəldikdə “xeyr” deyə bilməkdə də özünü göstərir.
— Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
— Son zamanlarda üzün daha təravətli və baxımlı görünməsi, dərinin keyfiyyətinin yaxşılaşdırılması, mimik qırışların azaldılması, dodaq formasının korreksiyası və üz cizgilərinin harmoniyasının qorunması ilə bağlı müraciətlərə maraq var. Pasiyentlər artıq yalnız dəyişiklik istəmirlər, eyni zamanda təbii görünüşlərini qorumağa çalışırlar. Mən də bu yanaşmanı dəstəkləyirəm. Düşünürəm ki, müasir estetikanın əsas məqsədi insanı başqasına bənzətmək deyil, onun özünün daha yaxşı versiyasını yaratmaqdır.

— Üstünlüyünüz və fərqiniz nədədir?
— Mənim əsas üstünlüyüm hər pasiyentə fərdi yanaşmağım, detallara diqqət yetirməyim və təbii nəticələrə üstünlük verməyimdir. Mənim üçün gözəllik yalnız bir prosedurun nəticəsi deyil, üzün bütöv harmoniyasıdır. Pasiyentimin istəyini dinləməklə yanaşı, onun üz quruluşuna uyğun olan nəticəni də nəzərə alıram. Eyni zamanda, öz üzərimdə işləməyi, biliklərimi artırmağı və yenilikləri öyrənməyi vacib sayıram. İstəyirəm ki, pasiyentlərim prosedurdan sonra yalnız görünüşlərindən deyil, seçimlərinə görə də məmnun qalsınlar.
— Xarakter olaraq necə birisiniz?
— Xaraktercə məsuliyyətli, diqqətli, məqsədyönlü və həssas biriyəm. Bir işə başlayıramsa, onu ən yaxşı şəkildə həyata keçirməyə çalışıram. İnsanlarla münasibətdə səmimiyyətə və dürüstlüyə böyük önəm verirəm. Bəzən özümə qarşı çox tələbkar oluram, çünki gördüyüm işin keyfiyyəti mənim üçün çox vacibdir. Həyatda çətinliklər olsa da, məqsədlərimdən vaz keçməməyi və hər vəziyyətdən bir dərs çıxarmağı bacarıram. İnanıram ki, insanın uğur qazanmasında peşəkarlıqla yanaşı, xarakteri və əzmi də mühüm rol oynayır.
— Ailəlisinizmi?
— Ailə mənim üçün dəyərli anlayışdır. İnsan həyatında övlad sevgisinin dəstəyin xüsusi yeri var. Mən həm şəxsi həyatımda, həm də peşəkar fəaliyyətimdə özümü inkişaf etdirməyə, qarşıma qoyduğum məqsədlərə doğru irəliləməyə çalışıram.
— Oxuculara nə məsləhət görürsünüz?
— İlk növbədə, hər kəsə özünü sevməyi və özünə qayğı göstərməyi məsləhət görürəm. Estetik prosedur seçərkən yalnız qiymətə və ya sosial şəbəkələrdə gördüyünüz nəticələrə əsaslanmayın. Mütəxəssisin təhsilinə, təcrübəsinə, istifadə olunan preparatların mənşəyinə və prosedurun təhlükəsizliyinə diqqət yetirin. Unutmayın ki, hər üz fərqlidir və bir insanda gözəl görünən nəticə digərində eyni ola bilməz. Ən əsası, sağlamlığınızı gözəllik naminə riskə atmayın. Gözəllik özünüzə bənzəməkdən imtina etmək deyil, özünüzü daha yaxşı hiss etməkdır.
— “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…” Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
— Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, bir gün bu peşə mənim həyatımın bu qədər vacib hissəsinə çevriləcək. Düşünməzdim ki, insanların özlərinə olan inamını artırmaq, onların üzündə təbəssüm yaratmaq və arzularına çatmalarına kömək etmək mənə bu qədər böyük mənəvi zövq verəcək. Bu gün anlayıram ki, kosmetologiya mənim üçün sadəcə bir peşə deyil, daim inkişaf etdiyim, öyrəndiyim və gələcək üçün yeni hədəflər müəyyənləşdirdiyim bir yoldur. Qarşıda daha böyük məqsədlərim, həyata keçirmək istədiyim arzularım var. İnanıram ki, əzmkarlıq, dürüstlük və peşəyə sevgi ilə insan öz arzuladığı nöqtəyə çata bilər.
Əlaqə nömrəsi: (051) 495 49 32
İnstagram: dr_lyaman_asadova

