Haqqımızda Reklam Əlaqə
160×600
160×600

YAP-ın VIII qurultayı

22 Noyabr 2026, 22:12 Cəmiyyət
728×90

YAP-ın VIII qurultayı

Yeni Azərbaycan Partiyasının 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII qurultayı təşkilatın siyasi və təşkilati inkişaf tarixində mühüm hadisə olmuşdur. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev proqram xarakterli nitqlə çıxış edərək ölkənin mövcud ictimai-siyasi vəziyyətini, qarşıda duran çağırışları və partiyanın gələcək fəaliyyət istiqamətlərini əhatə edən mühüm məsələlərə toxunmuşdur. Dövlət başçısı çıxışında YAP-ın Azərbaycanın siyasi həyatındakı rolunu vurğulamış, partiyanın qarşısında duran başlıca vəzifələri və gələcəyə yönəlmiş strateji hədəfləri müəyyən etmişdir. Qurultayda səsləndirilən fikirlər Yeni Azərbaycan Partiyasının müasir siyasi reallıqlar şəraitində fəaliyyətinin daha da təkmilləşdirilməsi, təşkilati imkanlarının genişləndirilməsi və qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi baxımından əhəmiyyət daşımışdır. Cənab Prezident İlham Əliyev partiyanın siyasi xəttinin əsas istiqamətlərinə toxunaraq milli maraqların qorunması, dövlətçilik ənənələrinin davam etdirilməsi, cəmiyyətin həmrəyliyinin möhkəmləndirilməsi və Azərbaycanın davamlı inkişafına töhfə verilməsi məsələlərini ön plana çəkmişdir.

VIII qurultay çərçivəsində partiyanın təşkilati fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş mühüm qərarlar da qəbul edilmişdir. Belə ki, Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə dəyişikliklər təsdiqlənmiş, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirilmiş, həmin qurumların üzvləri seçilmişdir. Bu qərarlar partiyanın idarəetmə mexanizmlərinin yenilənməsi, təşkilati strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qurultayda qəbul edilən qərarlar YAP-ın yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün təşkilati və institusional əsasları möhkəmləndirmişdir. Partiyanın rəhbər orqanlarının formalaşdırılması və Nizamnaməyə edilmiş dəyişikliklər onun gələcək fəaliyyətində idarəetmə çevikliyinin artırılmasına, qərarların icrasına nəzarətin gücləndirilməsinə və təşkilati məsuliyyətin daha da təkmilləşdirilməsinə xidmət edir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinin qorunması, azərbaycançılıq ideologiyasının təşviqi, milli birliyin möhkəmləndirilməsi və gənc nəslin ictimai-siyasi proseslərdə fəallığının artırılması partiyanın qarşısında duran mühüm vəzifələrlərdəndir. Qurultayda müəyyənləşdirilən strateji hədəflər Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetləri ilə uzlaşır. Ölkənin siyasi və iqtisadi potensialının gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi bu hədəflərin mühüm istiqamətlərini təşkil edir.

VIII qurultayın əhəmiyyətli məqamlarından biri də partiyanın gələcək fəaliyyətində müasir idarəetmə və siyasi kommunikasiya imkanlarından istifadənin vacibliyinin ön plana çıxarılmasıdır. İnformasiya texnologiyalarının inkişaf etdiyi, ictimai münasibətlərin sürətlə dəyişdiyi müasir dövrdə siyasi təşkilatların cəmiyyətlə əlaqələrinin daha çevik və səmərəli qurulması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, partiyanın fəaliyyətində yeni yanaşmaların tətbiqi, ictimai təşəbbüslərin dəstəklənməsi və üzvlərin fəallığının artırılması qarşıdakı dövrün mühüm vəzifələri sırasında qiymətləndirilir. Qurultay çərçivəsində qəbul edilmiş qərarlar partiyadaxili həmrəyliyin, nizam-intizamın və təşkilati məsuliyyətin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. İdarəetmə orqanlarının yeni tərkibinin müəyyənləşdirilməsi partiyanın müxtəlif istiqamətlər üzrə fəaliyyətinin əlaqələndirilməsinə, qəbul olunan qərarların ardıcıl icrasına və yerli təşkilatların fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradan institusional addım kimi çıxış edir.

 

Ləman Səfərəliyeva- Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru

728×90
Paylaş: