Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı

30 Sentyabr 2026, 12:17 Dünya
728×90

Sentyabrın 30-na keçən gecə Rusiya qüvvələri Kiyevə və Kiyev vilayətinə raket və dronlarla zərbələr endirib. İki nəfər həlak olub.

Faktum.az  xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko açıqlayıb.

Onun sözlərinə görə, Vışqorodda dağılmış fərdi yaşayış evinin xarabalıqları altından bir uşağın cəsədi çıxarılıb.

Rayonda bir neçə fərdi evə ziyan dəyib və ya onlar tamamilə dağılıb. Həmçinin yaşayış binasında və qarajlarda yanğınlar baş verib.

Gecə saatlarında Rusiya qüvvələri paytaxta ballistik raketlərlə də zərbələr endirib. Mer Vitali Kliçkonun məlumatına görə, şəhərin müxtəlif yerlərində – yaşayış məhəlləsində, mağazada və anbarda yanğınlar olub. İki nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

Son günlər Kiyev və ətraf ərazilər Rusiya tərəfindən dəfələrlə zərbələrə məruz qalıb. Sentyabrın 28-də Kiyevdə iki nəfər həlak olub, 26 nəfər isə xəsarət alıb.

728×90
Paylaş: