Haqqımızda Reklam Əlaqə
160×600
160×600

AZƏRBAYCAN TARİXİNİN UNUDULMAZ GÜNLƏRİNDƏN BİRİ – 3 OKTYABR

30 Sentyabr 2026, 12:59 Cəmiyyət
728×90

AZƏRBAYCAN TARİXİNİN UNUDULMAZ GÜNLƏRİNDƏN BİRİ – 3 OKTYABR

Azərbaycan tarixində elə günlər var ki, bu tarixlər xalqın qəlbində həm qürur, həm də minnətdarlıqla xatırlanır. 1993-cü il 3 oktyabr məhz belə günlərdən biridir. Bu gün Azərbaycan xalqı öz müstəqilliyini qorumaq, dövlətini yaşatmaq üçün xilaskarını seçdi. Azərbaycanın müasir dövlətçilik tarixində elə siyasi qərarlar var ki, onların nəticələri onilliklər keçdikdən sonra daha aydın görünür. 3 oktyabr 1993-cü il prezident seçkiləri də belə mühüm tarixi hadisələrdəndir. Həmin gün Azərbaycan xalqının böyük əksəriyyətinin yenilməz iradəsin ilə Heydər Əliyevin dövlət başçısı seçilməsi ölkənin taleyində həlledici dönüş yaratdı. Çünki məhz bu seçim müstəqilliyin ilk illərində ağır sınaqlarla üzləşən Azərbaycanın dövlətçilik dayaqlarının qorunması və möhkəmləndirilməsi baxımından yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində peşəkarlıq, siyasi uzaqgörənlik və milli maraqlara bağlılıq əsas istiqamətlərə çevrildi. Ulu Öndər ilk növbədə ölkənin daxili sabitliyinin təmin edilməsinə diqqət yetirdi. Dövlət çevrilişi cəhdlərinin və silahlı qarşıdurmaların qarşısının alınması, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması Azərbaycanın normal inkişafı üçün zəruri siyasi mühit formalaşdırdı. Dövlət institutlarının möhkəmləndirilməsi və milli ordu quruculuğunun sürətləndirilməsi isə müstəqilliyin etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət daşıdı. 3 oktyabr seçkisindən başlanan yeni mərhələ məhz bu istiqamətdə inkişaf etdi. Azərbaycan dövlətçiliyinin sonrakı tarixini anlamaq üçün həmin dövrə nəzər salmaq, ilk növbədə, müstəqilliyin qorunması və dövlət institutlarının möhkəmləndirilməsi qarşısında duran tarixi vəzifələri xatırlamaq deməkdir. Çünki dövlətçilik yalnız bir tarixi hadisənin nəticəsi deyil.
Dövlətçilik zamanla formalaşan, siyasi iradə, hüquqi əsaslar, iqtisadi güc və milli həmrəylik üzərində qurulan davamlı prosesdir. 1993-cü ildən sonrakı Azərbaycan tarixində bu prosesin əsas istiqamətlərindən biri məhz belə bir dövlətçilik modelinin formalaşdırılması olmuşdur. Həmin dövrün əsas xüsusiyyəti ondan ibarət idi ki, qarşıda duran vəzifə yalnız hakimiyyətin formalaşdırılması deyildi. Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə sabitliyin yaradılması, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin real məzmun qazanması daha böyük əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin sonrakı mərhələsi də məhz bu məsələlərin həllinə yönəldi. 1993-cü ildən etibarən dövlət idarəçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması əsas prioritetlərdən birinə çevrildi. Həmin illərdə Azərbaycan dövlət çevrilişləri və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Dövlət hakimiyyətinin zəifləməsi ölkənin siyasi müstəqilliyini də təhlükə qarşısında qoyurdu. Buna görə də ilk mərhələdə dövlətin idarəolunması və sabitliyin bərpası dövlət quruculuğunun zəruri şərti kimi ön plana çıxdı. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sabitlik, şaxələndirmə, yaşıl enerji və rəqəmsal transformasiyaya əsaslanan qüdrətli iqtisadi model yaratmışdır. Bu parlaq inkişaf paradiqması ölkəmizin geoiqtisadi mövqeyini daha da möhkəmləndirir və gələcək zəfərlərimizin təməlini təşkil edir. 3 oktyabr seçkiləri xalq-dövlət birliyinin təntənəsi idi. Azərbaycan xalqı bu günlə öz gələcəyini qorumağı bacardı, öz xilaskarını seçərək dövlətçiliyi dağılmaq təhlükəsindən xilas etdi. Ümummilli Lider Heydər Əliyev xalqın yaddaşında sadəcə Prezident deyil, həm də müstəqilliyimizin qarantı, dövlətçiliyimizin banisi, milli birliyin rəmzi kimi qalır. Onun adı Azərbaycanın taleyində dönüş yaradan 3 oktyabr günü ilə əbədi bağlıdır. Bu tarix Azərbaycan dövlətçiliyinin böhranlı mərhələdən sabitlik və inkişaf yoluna keçidinin siyasi başlanğıcıdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aqşin Əliyev

728×90
Paylaş: