Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Rauf Xəlilovun “terror” andı.

24 İyul 2026, 09:30 Özəl
REKLAM728×90

Bizim keçmiş “dostumuz” HTC klinikasının diplomsuz “cərrahı” Rauf Xəlilov bu dəfə Milli TV-nin kamerasına tuş gəldi.

Həmkarlarımız R.Xəlilovun yalnız bir “bacarığını” kameraya alıblar.

Biz aylardır millətə, qəssab R.Xəlilovun “şaqqaladığı”, kəsib-doğrayıb, sonra tikə bilmədiyi savadsız,uğursuz işlərini çatdırdıq.

Hətta R.Xəlilovun saxta həkim diplomunu ictimaiyyətə təqdim etdik Aidiyyatı orqanlara məlumat verdik. Ümid etdik ki, R.Xəlilov “terroruna” son qoyulacaq.

Görünür “qəhrəmanımız” xəstələri ovsunladığı kimi, tabe olduğu qurumları da “şehirli neştərinin” kəraməti ilə “ovsunlayıb”.

Mili TV-yə müsahibə verən pasient, Gülbəniz Qasımova, əməliyyatdan sağ çıxdığı üçün şanslılardandır.
Qaldı ki, əməliyyatdan sonra vücudunda və sağlığında yaranan ciddi problemlərə, ondan ötrü qəssabımızın xətrinə dəymək olmaz.  Hətta Səhiyyə Nazirliyi  R. Xəlilovun xətirinə dəyməyə cəsarət etmirlər.
Sevimli qəssablarının “məharətləri” barədə Respublika Prokurorluğuna ünvanladığım məktub ünvanladıq .
Arasdırılması üçün Səhiyyə Nazirliyinə  göndərildi.

Adı gedən qurumlar isə, cəmiyyətə sanki, “Biz arxandayıq, istədiyin qədər doğra, şikəst et, hətta öldür, sənə zaval yoxdur” mesajını ötürürlər. Olan da, R.Xəlilovun, sözün həqiqi mənasında nəinki cərrah, hətta həkim belə olmayan “istedadlı həkim” yalanına aldanıb, “terrorunun” qurbanına çevrilirlər.

Tərifə Şükürqızı

REKLAM728×90
Paylaş: